BAKI, 25 sen-Sputnik. ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.
Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes "Miami Marlins" komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü "Atlanta Braves" komandası ilə planlaşdırılmış görüşü ləğv edib.