Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb koalisiyası Suriyada "bufer zona" yaradır

© Photo : Krystal Ardrey/U.S. Air Force via APQırıcı təyyarələr
Qırıcı təyyarələr - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərə görə, Türkiyənin illərlə səsləndirdiyi bu təklif vaxtında dəyərləndirilsəydi, onminlərlə günahsız insan həyatını itirməzdi

BAKI, 22 sen — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Con Kerri, Suriyada atəşkəsin qoruna bilməsi üçün müxaliflərin nəzarətində olan bölgələrin üzərində uçuşları dayandırmağı təklif edib. Kerri deyib ki, Bəşər Əsəd rejiminə bağlı hərbi təyyarələr ölkənin əsas bölgələri üzərində uçuşları dayandırmalıdır.

Suriyada bombardıman - Sputnik Azərbaycan
TƏHLİL
"Suriya yanğını" yenidən alovlanır

"Mən inanıram ki, atəşkəsin qorunması üçün gərginliyin azaldılması və humanitar yardımın maneəsiz çatdırılmasına imkan yaradılması məqsədilə ölkənin əsas bölgələri üzərində uçan bütün təyyarələrin yerə enməsinə çalışmalıyıq", — deyə dövlət katibi qeyd edib.

Con Kerriyə görə, əgər uçuşa qadağan zona yaradılsa, bu, Əsəd rejiminin əl-Nusranı bəhanə edərək sivil xalqı bombalamasının qarşısını alacaq: "əl-Nusra və İŞİD atəşkəs haqda razılığa daxil olmayan iki terrorçu qrupdur. Amerika və Rusiya bu qrupları dəf etmək üçün bir-biri ilə əməkdaşlıq etməlidir. Əgər uçuşa qadağan olunmuş bölgəni yarada bilsək, bu, Əsəd rejiminin əl-Nusranı bəhanə edərək sivil xalqı bombalamasının qarşısını alacaq".

Американский самолет готовится к боевому вылету. Архивное фото - Sputnik Azərbaycan
Koalisiya aviasiyası Suriya ordusuna zərbələr endirib

Xatırladaq ki, uçuşa qadağan olunmuş bölgə (bufer zona) təklifini ilk dəfə 4 il əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təklif etmişdi. Lakin nə ABŞ, nə də NATO-dakı müttəfiqlər Ankaranın bu təklifinə müsbət yanaşmırdı. Türkiyə prezidenti tampon zona (uçuşa qadağan bölgə) təklifini son olaraq dünən BMT-dəki çıxışı zamanı da yeniləyib.

Uzun müddətdən sonra Amerikanın Türkiyənin təklifinə müsbət yanaşdığını deyən türkiyəli politoloq Yılmaz Altınsoy, Sputnik-ə açıqlamasında, tək Vaşinqtonun deyil, artıq bir çox Avropa dövlətlərinin də Ankaranın işarə etdiyi yola yaxınlaşdığını bildirib: "Suriyada vətəndaş müharibəsinin hələ ilk illərində Türkiyə bu ölkənin şimalında uçuşa qadağan zona yaradılmasını təklif etmişdi. Təəssüf ki, o zaman heç kim bu təklifi yaxına qoymadı. Yüzminlərlə günahsız insan dünyasını dəyişdi. Halbuki o vaxt Ərdoğanın dediklərinə qulaq asan olsaydı, bu qədər qadın, uşaq, sivil həyatını itirməzdi".

"Buna baxmayaraq, ziyanın yarısından qayıtmaq da gec deyil. Suriyanın şimalında artıq belə bir təhlükəsiz zona yaradılmalıdır. Nə rejim, nə də silahlı müxaliflər o əraziyə buraxılmamalıdır. Orada ancaq, savaşdan qaçan sivillər yerləşdirilməlidir. Belə olarsa, Türkiyə, İordaniya, Livan və başqa ölkələrə sığınan milyonlarla insanın heç olmasa, müəyyən bir qismi Suriyaya qayıda bilər", — Altınsoy əlavə edib.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Suriyada əsl müharibə bundan sonra başlayacaq. Onun Sputnik-ə şərhinə görə, xüsusilə BMT humanitar karvanının bombalanmasından sonra ABŞ və NATO ciddi hərəkətə keçib.

Q. Hüseynli uçuşa qadağan bölgənin yaxın zamanda yaradıla biləcəyini mümkün hesab edir: "Artıq bunun vaxtı çoxdan çatıb. Hətta ötüb. Belə bir təhlükəsiz zonanın yaradılmasına ciddi ehtiyac var. Və düşünürəm ki, NATO bunu edəcək. BMT-nin humanitar yük daşıyan karvanının vurulması Qərbi ciddi hiddətləndirib. Amerika və Avropa bombalamanın arxasında Rusiyanın durduğunu iddia edir və bu istiqamətdə əllərində dəlillər olduğunu bildirir".

Xəbər lenti
0