Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paralimpiya çempionu: "İlham Zəkiyevin səhhətində problem olmasaydı..."

© REUTERS / Ueslei MarcelinoXV yay Paralimpiya oyunlarının qızıl medalçısı Ramil Qasımov
XV yay Paralimpiya oyunlarının qızıl medalçısı Ramil Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Qasımov: "O biri paralimpiya yarışlarına baxanda bu yarışda komandamız daha güclü idi və daha yaxşı nəticə göstərdi"

BAKI, 23 sen — Sputnik. Rio-de Janeyroda keçirilən Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən və uğur qazanan komandamız Vətənə geri dönüb. Yarışda ilk qızıl medalı qazanan paralimpiyaçımız Ramil Qasımov Sputnik-ə yarış haqqında təəssüratlarını açıqlayıb.

"O biri paralimpiya yarışlarına baxanda bu yarışda komandamız daha güclü idi və daha yaxşı nəticə göstərdi. Hər birimizin uğuru Vətənimiz və dövlətimiz üçündür", — idmançı deyib.

Paralimpiya çempionu uğur gözlədiyi idmançıların medal qazandığını dilə gətirib: "Medal gözlədiyim idmançıların hamısı uğurla çıxış etdi. Bir İlham Zəkiyevdən başqa. Onun da səhhətində problem olmasaydı, inanıram ki, o da medal qazanacaqdı. Yenə də İlham bizim üçün çempiondur".

Çempion qarşıdan gələn İslam Oyunlarına hazırlaşdığını və uğurlu nəticələr əldə etmək üçün çalışdığını söyləyib.

Xəbər lenti
0