Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dövlətin strateji planı: 700 min ton pambıq, 400 min iş yeri

© AFP 2024 / ISSOUF SANOGOPambıq yığımı. Arxiv şəkli
Pambıq yığımı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili tələbat ödənildikdən sonra ixracdan 34 milyon dollar qazanc götürülməsi gözlənilir

BAKI, 22 sen — Sputnik. Azərbaycanın dövlət strukturları iqtisadi proseslərə müdaxilə etmək qərarına gəlib. Çünki bazar mexanizmləri milli iqtisadiyyatın səviyyəsini effektiv şəkildə qaldırmaq gücündə deyil.

Prezident pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirir - Sputnik Azərbaycan
Prezident pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirir

"Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir", — deyə Azərbaycan prezidenti İlham Əliyev Pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır: "Əgər 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, 2015-ci ildə cəmi 35 min ton yığılıb. O illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür".

"Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu gün burada rayonlar üzrə çıxış edənlər məruzələrində deyəcəklər. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur", — İlham Əliyev vurğulayıb.

İxrac potensialının dəyərləndirilməsi

Prezidentin çıxışında hökumətin buraxılan məhsulun hansı sahələrə aid olduğunu və hansı bazarlara yönəlməsini müəyyən edən proqramı təqdim olundu. Həmçinin Azərbaycan iqtisadiyyatının ixrac potensialı düzgün qiymətləndirildi. İlk mərhələdə ixrac xammal məhsullarına söykənməlidir.

"Kənd təsərrüfatının inkişafı bizim gələcəyimizdir. İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq", — dövlət başçısı bildirib.

Onun sözlərinə görə, indi Azərbaycanda sənayeləşmə prosesi gedir: "Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start veriləcək. Daşkəsən filiz yataqlarının istismarı və qurulacaq bir neçə zavodun fəaliyyəti sayəsində yüz milyonlarla dollar ixrac potensialı yaradılacaq. Sumqayıtda Kimya Sənaye Parkını yaradılır və 2018-ci ildə polimer zavodu fəaliyyətə başlayacaq. O da təqribən 100 milyonlarla dollar ixrac potensialı yaradacaq. Sumqayıtda gübrə zavodu tikilir. Azərbaycan özünü gübrə ilə 2018-ci ildən sonra tam təmin edəcək".

Həmçinin kənd təsərrüfatı məhsullarının yeni bazarlarına çıxmasının vacibliyi vurğulanıb: "Avropa bazarlarına çıxışda problemlər yarandığı üçün regional bazarlara çıxış üçün yollar aranmalıdır. Pambıq istehsalı isə bu bazarlardan asılı deyil, çünki o əsasən dünya birjalarında satılır".

Pambıqçılığın potensialı

Bu il pambıqçılığın inkişafında "dönüş ili" adlandırılıb. Çünki görülmüş tədbirlər əkilən sahələrinin ərazisini 3 dəfə artırmağa imkan verib, artıq bu payızda 100 min ton "ağ qızıl" toplamaq nəzərdə tutulur. 2017-ci ildə pambıq tarlalarının ərazisini 100 min hektara, məhsulu isə 300 min tona çatdırmaq planlaşdırılır. 2020-ci ildə isə pambıqçılığın inkişafı özünün zirvəsinə çatmalıdır: 200 min hektardan 700 min ton.

Под председательством Ильхама Алиева прошло совещание по развитию хлопководства - Sputnik Azərbaycan
İlham Əliyev: Pambığın alış qiymətini nə qədər mümkündürsə qaldırmalıyıq

İstehsalat Kommersiya MMC-nin baş direktorunun müavini Bəhruz Camalov bəyan edib ki, şirkət 65 min tondan artıq pambıq yığılçasını gözləyir: "Bu xammal 13 qəbul məntəqəsinə çatdırılaraq 10 pambıq təmizləmə zavodunda emal ediləcək. Emaldan sonra 24,7 min ton pambıq və digər məhsullar alınacaq. Daxili tələbat ödənildikdən sonra ixracın 34 milyon dollar gətirməsi gözlənilir".

Onun sözlərinə görə, söhbət ildə 700 min tondan gedəndə, valyuta gəlirlərinin həcmini hesablamaq çətin deyil: "Bu qədər böyük həcm həm yeni istehsal sahələrinin yaranmasına, həm də əhəmiyyətli sayda iş yerlərinin yaranmasına təkan verəcək".

Prezident Administrasiyası sahənin inkişafının koordinatoru olacaq

Azərbaycanda pambıqçılığın effektiv təşkili üçün ümumi koordinasiya Prezident Administrasiyası tərəfindən həyata keçirilir. Pambıqçılığın inkişafı həm də sosial əhəmiyyətli məsələdir. Belə ki, pambıq tarlalarının ümumi sahəsinin 200 min hektara çatdırılması təxminən 350-400 min insanın işlə təmin olunması deməkdir. Əlavə iş yerləri yüngül sənayedə də açılacaq.

Müvafiq fabriklərin tikilməsinə yüz milyonlarla dollar sərmayə yatırmaq nəzərdə tutulur, onların əsas xammal bazası isə pambıqçılıq olacaq. Qeyd edək ki, yeni istehsal müəssisələri Mingəçevir və Gəncədə yerləşəcək.

"Bizim aidiyyəti qurumlar — Prezident Administrasiyası, nazirliklər indidən müəyyən etməlidirlər ki, harada, neçə dənə, hansı istehsal gücü ilə, hətta müasir texnologiyalarla işləyən müəssisələr yaradılmalıdır. O müəssisələrin fəaliyyətə başlaması da pambıqçılığın inkişafı ilə uzlaşmalıdır ki, biz istədiyimiz hədəfə çatanda artıq həmin müəssisələr də hazır olsun", — deyə Prezident vurğulayıb.

Xəbər lenti
0