İlham Əliyev: Pambığın alış qiymətini nə qədər mümkündürsə qaldırmalıyıq

© AZƏRTACПод председательством Ильхама Алиева прошло совещание по развитию хлопководства
Под председательством Ильхама Алиева прошло совещание по развитию хлопководства - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı prezident İlham Əliyev müvafiq orqanlara tapşırıq verib.

BAKI, 17 sen — Sputnik. Aidiyyəti qurumlar pambığın alış qiymətinin artırılması məsələsinə yenidən baxacaqlar.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu barədə tapşırıq verib.

Pambıqçılığın inkişafının iqtisadi məsələlərlə yanaşı, eyni zamanda, sosial məsələlərin də həllində mühüm rol oynadığını bildirən dövlət başçısı deyib: “Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır”.

Bununla bağlı prezident İlham Əliyev müvafiq orqanlara tapşırıq verib: “Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, — biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində — cəmi bir neçə ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə edəcəyik”.

Xəbər lenti
0