"Facebook"un qurucusu dünyanı yenidən heyrətə saldı

© REUTERS / Beck DiefenbachMark Zukerberq
Mark Zukerberq - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Zukerberq səhiyyə sahəsindəki araşdırmalara 3 milyard dollar bağışlayacaq

BAKI, 22 sen — Sputnik. "Facebook"un qurucusu Mark Zukerberq insanlarda bütün xəstəlikləri müalicə edə bilmək üçün səhiyyə sahəsindəki araşdırmalara 3 milyard dollar bağışlayacağını bildirib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Mark Zukerberq həyat yoldaşı Priscilla Chan ilə Kaliforniya Universitetində mətbuat konfransı təşkil edib. O bildirib ki, xərçəngdən tutmuş digər xəstəliklərin müalicəsinin tapılması üçün ianə verəcək.

Глава Facebook Марк Цукерберг выступает на открытии конференции для разработчиков в Москве - Sputnik Azərbaycan
Facebook-un qurucusunun paltar şkafında nələr var?

Xəstəliklərin müalicəsi ilə bağlı araşdırmalar aparmaq üçün dünya səviyyəsində ən yaxşı mühəndis və tibb mütəxəssislərinin bir araya gətiriləcəyini deyən Mark Zukerberq, müalicələrdə olacaq yeni üsul və texnologiyaların inkişaf etdirilməsinin illərlə davam edə biləcəyini, bu mövzuda səbirli olmağın lazım olduğunu qeyd edib.

İanə cütlüyün qurduğu "Chan Zuckerberg Initiative" adlı yardım təşkilatı tərəfindən həyata keçiriləcək. Cütlük keçən ilin sonunda qızları Maksın anadan olmasından sonra, "Facebook"da sahib olduqları, təxminən 45 milyard dollar dəyərindəki ümumi hissələrinin 99 faizini gələcək illərdə xeyir məqsəd ilə bağışlayacaqlarını açıqlamışdı.

Xəbər lenti
0