SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazim İbrahimov Henri Kissencerlə görüşüb

© Photo : www.diaspora.gov.azHenri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb
Henri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri iştirak ediblər

BAKI, 21 sen — Sputnik. Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüş "Appeal of Concience" Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa Respublikasının Prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət mərasimi çərçivəsində baş tutub.

Pedro Aqramunt - Sputnik Azərbaycan
SİYASƏT
Avropalı diplomatlar Bakıda hansı mesajları verdilər?

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri — Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.

Henri Kissencerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, Forumun əhəmiyyəti xüsusu vurğulanıb. Bildirilib ki, Qlobal Bakı Forumu artıq dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq və əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi də qeyd olunub.

Qeyd edək ki, 2014-cü ildə nüfuzlu siyasi xadim Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub.

Henri Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. H.Kissencer hazırda "Kissenger Associates" beynəlxalq konsaltinq firmasının rəhbəridir.

Xəbər lenti
0