SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Emin Hüseynov mənə məktub yazdı ki..."

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti: "Emin Millinin ölümlə hədələnməsi barədə informasiya yalandır"

BAKI, 20 sen-Sputnik. "Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik".

Prezident İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan Prezidenti: "Məni birbaşa cinayət törətməkdə ittiham edirlər"

Sputnik president.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirib. Görüşdə Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnaməni şərh edən İlham Əliyev deyib ki, buna aydınlıq gətirmədən irəliləmək və gələcək işləri planlaşdırmaq çətin olacaq.

"Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Burada bilmirəm, qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb".

Bunun Azərbaycan əleyhinə kampaniyanın bir hissəsi ola biləcəyini vurğulayan Prezident deyib: "Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır".

Əliyev Avropa Parlamentinin 2015-ci ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə üçün missiya göndərməkdən imtina etməsi qərarına toxunarkən deyib: "Siz imtina etdiniz, digərləri isə etmədi. Avropa Şurası Parlament Assambleyası gəldi, seçkiləri müşahidə etdi və çox müsbət bəyanat verdi. Beləliklə, Avropa Parlamentinin iştirak etməməsi heç nəyi dəyişmədi, nəticələrə və müsbət rəyə təsir etmədi". 

Hazırda Avropa Parlamenti ilə heç bir əlaqənin olmadığını deyən Əliyevin fikrincə, bu, Azərbaycanın günahı ucbatından baş verməyib: "Biz digər Avropa təsisatları — Avropa İttifaqı, Avropa Şurası, ATƏT-lə işləməyə davam edirik. Lakin Avropa Parlamenti Azərbaycanla bağlı bu mövqeyi tutmağı qərara aldı. Bizdə olan məlumata görə, bu sənəd qurumun rəhbərləri, xüsusilə də bilmirəm hansı səbəbdən Azərbaycana nifrət edən və hər dəfə bizim nüfuzumuza xələl gətirməyə çalışan Şults və Lunaçek tərəfindən təşkil olunub. Bizdə olan məlumata görə, bu qətnamə Avropa Parlamentinin prosedurlarına zidd olaraq qəbul edilib. Avropa Parlamentinin bəzi üzvləri bunu etməməklə bağlı xəbərdarlıq ediblər. Mən onlardan birinin "Biz Azərbaycanı itirəcəyik" dediyini eşitmişəm, yəqin ki, o, haqlı idi. Avropa Komissiyasının komissarı da danışıb, xəbərdarlıq edib, lakin onları dinləməyiblər. Nəticədə nə oldu? Heç bir münasibət, heç bir əlaqə yoxdur".

"Biz parlamentimizdə işçi qrupu yaratmadıq. Biz Avronestdəki fəaliyyətimizə xitam verdik. Vəziyyət belədir. Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə, biz nə barədə danışa bilərik?" — deyə İlham Əliyev əlavə edib.

Xəbər lenti
0