SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti: "Məni birbaşa cinayət törətməkdə ittiham edirlər"

Abunə olmaq
İlham Əliyev jurnalist Rasim Əliyevin ölümündən danışdı: "Mən bunu yazanları məhkəməyə verə bilərəm"

BAKI, 20 sen — Sputnik. "Guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə prezident Əliyevi tənqid etdiyinə görə, davamlı hədə və təhdidlər alandan sonra, amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm".

Sputnik president.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirib. İlham Əliyev jurnalistin ölümündə ittiham olunmasını manipulyasiya adlandırıb.

"Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır", — dövlət başçısı qeyd edib.

Xəbər lenti
0