SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?!"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpası ilə bağlı şərtini irəli sürüb

BAKI, 20 sen — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə ATƏT-in Bakıdakı ofisinin bağlanmasının səbəblərinə aydınlıq gətirib. Sputnik president.az-a istinadla xəbər verir ki, prezident görüşdə Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnaməni yada salıb. Bildirib ki, həmin qətnamədə ATƏT-in Bakıdakı ofisinin Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə bağlı Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlandığı qeyd olunub.

Ильхам Алиев, президент Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
İlham Əliyev: Terrorizmin bütün təzahürlərinə qarşı ardıcıl mübarizə aparmaq vacibdir

"Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən, o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə", — İlham Əliyev qeyd edib.

Prezident ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpası ilə bağlı şərtini irəli sürərək deyib: "Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum: Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir".

Xəbər lenti
0