BAKI, 20 sen — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə uçot dərəcəsi ilə bağlı verəcəyi qərardan öncə, FED-in bazartənzimləyici təşkilatları arasında fikir ayrılığı meydana çıxıb. Ki, bu cür durum çox nadir hallarda baş verir.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, FED ilə istiqraz əməliyyatları aparma səlahiyyətinə malik olan 23 təşkilatdan ikisi — "Barclays Plc" və "BNP Paribas SA" FED-in çərşənbə günü faiz artımına gedəcəyi fikrini müdafiə edib və istiqraz bazarının əks istiqamətində dayanıb. Belə ki, ilk dəfə birdən çox bazartənzimləyici təşkilat FED-in toplantısından əvvəl ortaq görüşün əksinə gedib.
"BNP Paribas SA"nın Nyu-York ofisindən təcrübəli iqtisadçı Laura Rosner deyib ki, statistik göstəricilərdə hər zaman qeyri-müəyyənliklər olacaq: "Mükəmməl bir zaman yoxdur. Son doqquz ayda görülən və FED-in faiz qərarını gecikdirən səbəblərin çoxluğuna baxmayaraq, işlə təmin olunma halları artıb bu vəziyyətin nəzərə alınacağını düşünürük".
"Barclays Plc"nin qocaman iqtisadçısı Rob Martin də faiz artımını gözlədiklərini söyləyib: "Biz dəli deyilik. Bu günə qədər ilk dəfə fikir ayrılığına gedirik. Sentyabr ayında faiz artımı ilə bağlı mövqeyimizi müdafiə edirik. FED rəhbəri və müavininin "Jackson Hole"da söylədiklərini nəzərə alırıq".