BAKI, 1 avq-Sputnik. Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli (William Dudley) Federal Ehtiyatlar Sistemini (FED) bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.
U. Dadli bu addımın çox ciddi fəsadlar törədəcəyini vurğulayaraq FED-i ehtiyatlı olmağa çağırıb:
"FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq."
U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan amilləri də sadalayıb.
"Söhbət o cümlədən, xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var" — deyə dadli bildirib.
Qeyd edək ki, U. Dadli (toplantılarda səsvermə hüququna malikdir) FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdən hesab edilir.