CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə 22 minə yaxın alkoqolizm xəstəsi qeydiyyatdadır

CC0 / StockSnap / vineSpirtli içki içən adam. Arxiv şəkli
Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il ilk dəfə alkoqolizm və alkol psixozu diaqnozu qoyulan xəstələrin sayı 619 nəfər olub. Bu da il ərzində əhalinin hər 100 000 nəfərindən 6,9-nun qeyd olunan xəstəliyə tutulması deməkdir.

BAKI, 20 sen — Sputnik. Azəbaycanda 21 777 nəfər alkoqolizm və alkol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır. Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir.

Spirtli içki - Sputnik Azərbaycan
Alkoqolla bağlı bunu bilirdinizmi?

"Report" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ötən il ilk dəfə alkoqolizm və alkol psixozu diaqnozu qoyulan xəstələrin sayı 619 nəfər olub. Bu da il ərzində əhalinin hər 100 000 nəfərindən 6,9-nun qeyd olunan xəstəliyə tutulması deməkdir.

Qeyd edək ki, alkoqolizm-tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi və xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir. Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir.

Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.

Xəbər lenti
0