Alkoqolla bağlı bunu bilirdinizmi?

Abunə olmaq
Spirtli içkilər uğurlu şirkətlər və gözəl münasibətlər qurmağa kömək edirmiş

BAKI, 7 sent-Sputnik. Niderland alimləri sübut ediblər ki, spirtli içkiləri birlikdə içmək insanları birləşdirir. Mütəxəssislər bu qənaətə, alkoqollu içkilərin içilməsinin insanlar arasındakı münasibətlərə necə təsir göstərdiyini müəyyən etmək üçün apardıqları araşdırma nəticəsində gəliblər.

Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Ramazanda spirtli içki içməyin cəzası nədir?

Sputnik informing-ə istinadən xəbər verir ki, onlar müxtəlif firmaların əməkdaşları arasında anket sorğusu keçiriblər. Araşdırma müəlliflərinin fikrincə, müsbət nəticələr yalnız spirtli içkilər əndazəni aşmayacaq həddə içiləndə ortaya çıxır. Tədqiqatlar zamanı hətta bir çox uğurlu şirkətlərin spirtli içkilərin birləşdirdiyi insanlar tərəfindən qurulduğu məlum olub.

Amma alkoqolun qəbulunun yolverilməz olduğunun bildirildiyi və sağlam həyat tərzinin təbliğ edildiyi şirkətlərdə situasiya tamamilə fərqlidir. Araşdırmanın belə kollektivlərdən olan iştirakçıları, boş vaxtlarını birlikdə yeyib-içərək, şən əhval-ruhiyyədə keçirən digər şirkətləri təmsil edənlərdən fərqli olaraq, öz kolleqalarına aşağı qiymət veriblər.

Bu araşdırma göstərib ki, axşamları bir yerə toplaşan, azca şərab və ya pivə içən dostcanlı, isti və möhkəm münasibət qurmuş insanlar həm də birlikdə uğurlu şirkətləri formalaşdıra, idarə edə biliblər. Bununla belə, müəlliflər hesab edirlər ki, spirtli içkilərdən həddindən artıq istifadəsi əks effekt verə, kollektivlərdə xoşagəlməz gərginliyin yaranmasına səbəb ola bilər.

Xəbər lenti
0