CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanır

Abunə olmaq
Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq

BAKI, 16 sen — Sputnik. Bakı-Sumqayıt yolunun 12-ci km-də ("Xırdalan qəbirstanlığı") yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq, sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt yolunda müəmmalı mənzərə

Bildirilib ki, sentyabr ayının 17-si saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq. Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri 16.5-ci km-dən ("Vaz dairəsi") və ya 13-cü km-dən (Masazır yol ötürücüsü) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də "Xırdalan dairəsi"nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər.

Xəbər lenti
0