BAKI, 5 noy — Sputnik. Avropalı təbiblər artıq piylərdən asanlıqla xilas olmağın yolunu tapıblar. Onlar bunun üçün buzu məsləhət görürlər. Hətta piylərdən qurtulmaq üçün 3 günün kifayət edəcəyi açıqlanıb.
İçərisi buzla dolu xüsusi bir qabı, yaxud da torbanı göbək nahiyyəsinə qoyun. 15-20 dəqiqə gözləyin. Həmin buz kütləsi bədəninizi soyudaraq ağ yağların qəhvəyi yağlara çevrilməsini təmin edəcək.
Cəmi 3 gün ərzində göbək bölgəsində olan artıq yağların əridiyini, 1 ayın tamamında isə bədəninizin ideal formaya qovuşacağını özünüz də görəcəksiniz.
Bu üsul Azərbaycan tibb elmində hələlik tətbiq edilmədiyi üçün, işə başlamazdan öncə həkimlərlə məsləhətləşməyiniz tövsiyyə olunur.