Dövlət Departamentindən həyəcandolu xəbərdarlıq

© Sputnik / Юрий Кавер / Mediabanka keçidSakit okean
Sakit okean - Sputnik Azərbaycan
Abunə olmaq
Planetimizin gələcəyini böyük təhlükə gözləyir. Üç milyard insanın taleyi sual altındadır.

BAKI, 15 sen — Sputnik. 2050-ci ildə okeanda plastiklərin sayı balıqların sayından artıq olacaq. Sputnik xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Ketrin Novelli deyib.

Тихоокеанский прибой - Sputnik Azərbaycan
Beynəlxalq Okeanlar Günü

O, qeyd edib ki, insanlıq indi Dünya Okeanı suyunun mühafizəsinin qayğısına daha fəal surətdə qalmalıdır. Hazırda söhbət təkcə suyun çirklənməsinə nəzarətdən getmir, eyni zamanda qlobal istiləşmə ilə mübarizədən gedir.

Novellinin sözlərinə görə, hazırda okean suları iri həcmdə plastik kütlə ilə çirkləndirilib və onun həcmi getdikcə böyüməyə başlayır: "Əgər bu proses dayandırılmasa, bir neçə onillik sonra okeanda plastiklərin sayı balıqların sayından çox olacaq. Hazırda okean sularında 30%-ə qədər plastik və 70%-ə qədər balıq var. Lakin 2050-ci ildə bu göstərici dəyişəcək, balıqlar öz yerlərini plastiklərə verməli olacaq".

Eyni zamanda okeanda turşuluq karbon 4 oksid (СO2) sənaye tullantıları ucbatından günbəgün artır. Son bir neçə onillikdə okean sularında turşuluq 26% artıb. Bu isə balıqların sayının artmasına mənfi təsir göstərir.

Dövlət Departamentinin məlumatına görə, balığın azalması insanların sağlamlığına da mənfi təsir göstərəcək: "Çünki hazırda bizim planetin 3 milyard sakininin protein mənbəyi məhz balıqlardır".

Dövlət Departamenti narahatdır ki, bu yüzilliyin sonunda suyun səviyyəsi 1,2-1,8 metr arta bilər. Buna səbəb hazırda iri şəhərlərin yerləşdiyi əksər sahil zolağındakı istiləşmədir.

Novelli qeyd edib ki, Dünya Okeanının çirklənməsi ilə bağlı situasiyanı sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir.

Xəbər lenti
0