Beynəlxalq Okeanlar Günü

© Sputnik / Юрий Кавер / Mediabanka keçidТихоокеанский прибой
Тихоокеанский прибой - Sputnik Azərbaycan
Abunə olmaq
Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (təqribən 361 milyon km2) təşkil edir.

BAKI, 8 iyun — Sputnik. Yer kürəsi səthinin 70%-dən çoxunu okeanlar tutur. Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı) — Dünya Okeanının bir hissəsinin təşkil edən, materiklər arasında yerləşən, suyun sirkilyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyektidir.

Əvvəllər Dünya Okeanı, 4 okeana ayrılırdı — Sakit okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanı.

Lakin Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular Cənub okeanı adlandırıldı.

Bu qərar heç də hamı tərəfindən qəbul edilməyib. 

Qüvvədə olan 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.

1992-ci ildə Rio-de-Janeyroda keçirilən toplantıda okeanoloqlar iyunun 8-ni Beynəlxalq Okeanlar Günü elan ediblər.

Xəbər lenti
0