BAKI, 15 sen — Sputnik. Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Ağdamın “Qarabağ” klubu da ilk oyununa çıxıb.
Ağdam klubu Çexiya “Slovan”ını qəbul edib.
Görüş qonaqların qolu ilə başlayıb. Oyunun 10-cu saniyəsində Yan Sikora hesabı açıb. 6 dəqiqə sonra Miçel cavab topunu vurub.
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə veteran Milan Baroş (67) qonaqları hesabda irəli çıxarıb. Artırılmış üçüncü dəqiqədə isə Rəşad Sadıqov hesabı bərabərləşdirib — 2:2.
Görüş bu hesabla başa çatıb.