Britaniyalılar "Brexit"dən ziyan görməyiblər

London
London - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi statistikaya görə, Avropa İttifaqından ayrılma qərarı ölkədə işsizlik probleminə səbəb olmayıb

BAKI, 15 sen — Sputnik. Böyük Britaniyada (BB) iyul ayı üçün açıqlanan statistikaya əsasən, Avropa İttifaqından ayrılma qərarı ("Brexit") işsizlik məsələsinə təsirsiz ötüşüb. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, BB-də may-iyul aylarında işsizlik 4,9 faiz təşkil edib.

Britaniya bayrağı Londondakı evlərdən birinin pəncərəsindən asılıb - Sputnik Azərbaycan
Britaniya Avropa İttifaqı sıralarına qayıda bilər

BB Milli Statistika Ofisinin məlumatlarına görə, ölkədə işsizlik may-iyul ayları arasındakı dövrdə 4,9 faiz olan səviyyəsini qoruyub. Keçən ilin eyni dövründə ölkədə işsizlik 5,5 faiz səviyyəsində idi. Milli Statistika Ofisindən verilən açıqlamada, hazırda işsizlik səviyyəsinin 2005-ci ilin iyun — sentyabr dövründən bu yana ən aşağı səviyyədə olduğu qeyd edilib.

23 iyunda keçirilən referenduma baxmayaraq, yalnız iyul ayında işsizlik 4,7 faiz geriləyib. İqtisadçılara görə, iyul ayına dair məlumat "Brexit"in işsizlik üzərində təsirli olmadığını göstərib.

Açıqlamada ölkə üzrə ümumi məşğulluğun 74,5 faiz olduğu və 1971-ci ildən bu yana ən yüksək səviyyəyə çatdığı vurğulanıb. Ölkədə eyni dövrdə ümumi işsizlərin sayı isə keçən ilin eyni dövrünə nisbətən 88 min azalaraq 901 min olub.

Xəbər lenti
0