BAKI, 26 iyun — Sputnik. Böyük Britaniyanın yenidən Avropa İttifaqının sıraların qayıtması gündəmə gəlin. Belə ki, Britaniyada ölkənin Aİ-yə üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələbinə dair petisiyanı 2 milyondan çox insan imzalayıb.
Sputnik RİA-ya istinadən xəbər verir ki, petisiya Britaniya parlamentinin saytında dərc edilib. Petisiyanın baxılması üçün 100 min imza toplaması gərək olmasına baxmayaraq, sənədi 2,3 mln. insan imzalayıb. Petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.