Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" klubuna yeni baş məşqçi təyin olunub

© Photo : PFLAZAL – "Neftçi" oyunu
AZAL – Neftçi oyunu - Sputnik Azərbaycan
Əsas komandanın baş məşqçisi postuna Elxan Abdullayev gətirilib.

BAKI, 14 sen — Sputnik. "Neftçi" futbol klubunun yeni icraçı direktoru müəyyənləşib. 

Sputnik-in məlumatına görə, bu vəzifəni Elnur Eyvazov icra edəcək.

Təyinat bu gün rəsmən reallaşıb. E.Eyvazov buna qədər ADCO reklam şirkətinin direktoru vəzifəsində çalışıb.

Bundan başqa, əsas komandanın baş məşqçisi postuna Elxan Abdullayev gətirilib. Orxan Hüseynzadə klubun idman direktoru, İslam Abbasov isə inzibati işlər üzrə baş meneceri vəzifəsinə təyin edilib.

Klubun yaydığı açıqlamada strukturun dəyişdirilməsi istiqamətində aparılan işlərin davam etdiriləcəyi bildirilib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала