CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti materiallarının qiymətində ciddi artım baş verib

© Sputnik / Rahim ZakiroğluTikinti materialları
Tikinti materialları - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdən gələn məhsulların bəzilərinin qiymətləri hətta saatbasaat artır.

BAKI, 14 sen — Sputnik. Manatın dollar qarşısında kəskin ucuzlaşması tikinti materialları bazarına da təsir göstərib. Ölkənin ən iri tikinti materialları bazarı olan Eurohome şirkətindən Sputnik-ə bildirilib ki, məhsulların 90%-də bahalaşma müşahidə olunur. Bununla belə, şirkətin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, hər firma gətirdiyi məhsula çəkdiyi xərcə uyğun qiymətlər qoyur:

"Bildiyiniz kimi, Eurohome böyük bazardır. Və tərkibində fərqli-fərqli şirkətlər təmsil olunur. O cümlədən, qiymətlər də fərqlidir. Hər şirkətin özünəməxsus qiyməti var. Hərə öz məhsulunun keyfiyyətinə görə qiymət təyin edir. Məsələn, Fırat Boru öz məhsuluna ayrı, Metak ayrı, Bilfan da ayrı qiymət qoyur. Məhsulun maya dəyərinə, gətirildiyi ölkəyə, gömrük xərclərinə uyğun tariflər müəyyən edilir. Yəni standart qiymətlərin olması mümkün deyil. Çindən gələn malla, İspaniyadan gələn malın qiyməti eyni ola bilməz!?".

Şirkət rəsmisi Sputnik-ə Türkiyədən gətirilən və yerli məhsulların bəzilərinin hazırki orta qiymətləri barədə də məlumat verib. Həmin siyahını və qiymətləri sizə təqdim edirik:

Taxta: Kubu 235 AZN
Dam örtükləri: Kvadratı 4 AZN
25 mm Plastik borular: metrəsi 1 man 50 qəpik
Sement Norm — kisəsi 4 AZN
Metlax: Kvadratı 7 man 60 qəp. 

Tikinti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tikinti sektorunun tənəzzül dövrü başlayıb
Ağdaş tikinti materialları bazasından Sputnik-ə verilən məlumata görə, sentyabrın ilk günündən başlayaraq ölkəmizə xaricdən gətirilən tikinti materiallarının qiymətində xeyli artım olub. Bu bahalaşma bəzən gündəlik deyil, hətta saatla baş verir.

"Bizə zəng edib deyirlər ki, filan materialın qiyməti bu qədər qalxdı, biz də ona uyğun qiymətləri tənzimləyirik" — deyə Ağdaş satış bazasının əməkdaşı bildirib.

Sement və bəzi digər tikinti materiallarının qiymətində artım müşahidə edilməsə də, taxtanın və digər döşəmə örtüklərinin, dam örtüklərinin, alçıpan və armaturların, plastik, taxta və dəmir qapı-pəncərələrin qiymətlərində 40%-dək bahalaşma müşahidə edilir. Avropa ölkələrinin istehsalı olan bəzi kafel və metlaxların qiymətində ötən ilin analoji dövrü ilə müqayisədə hətta 110-110 % başalaşma müşahidə edilib. Divar kağızlarının qiymətləri də 15-20% bahalaşıb.

Daş bazarında isə qiymətlər sabit olaraq qalıb.

Binəqədi rayon sakini Ehtiram Məhsimov Sputnik-ə bildirib ki, o, avqustun 31-də evinin döşəməsi üçün lazım olan materialları satış bazasında hesabladıb. O zaman ona lazım olan materiallar 1509 manat pul tutub. Sentyabrın 2-də isə o materialları almaq üçün eyni bazaya yaxınlaşanda, eyni materialları ona 2200 manat həcmində hesablayıblar.

"Satıcı mənə dedi ki, indi almasan, peşman olacaqsan. Sabah gəlib həmin materialları daha da baha almalı olacaqsan, çünki qiymətlər az qala saatbaşı dəyişir" — deyə E.Məhsimov bildirib.

Xəbər lenti
0