Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Süni dollar qıtlığının məqsədi bu idi: kimlərinsə külli məbləğdə gəlir götürməsi"

CC0 / piviso / dollarПункт обмена валюты. Архивное фото
Пункт обмена валюты. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert Əkrəm Həsənov hesab edir ki, "Qara bazar" əməliyyatından sonra Azərbaycanın maliyyə sisteminə etimad tam sarsılıb.

BAKI, 9 sent-Sputnik. Belə maliyyə sistemi ilə qeyri-neft sektorunu inkişaf etdirmək, sahibkarları və investorları cəlb etmək mümkün olmayacaq.

Bu fikri bank məsələləri üzrə ekspert Əkrəm Həsənov öz facebook səhifəsində ölkəmizdəki maliyyə bazarının durumunu şərh edərkən yazıb.

"Dollar qıtlığı davam etdiyi həftələr ərzində proqnoz verirdim ki, sentyabr ərzində ya kəskin devalvasiya olacaq, ya da dollar satışı cari məzənnə ilə davam edəcək və sonuncu variant devalvasiyanı sadəcə təxirə salacaq. İkinci variant baş verdi." — deyə Ə.Həsənov bildirib.

O qeyd edib ki, devalvasiya onsuz da yenə olacaq və bu, son aylardakı kimi tədricən baş verəcək.

"Səbəb sadədir: ölkəyə dollar az daxil olur, çünki həm neftin qiyməti düşüb, həm də neft hasilatımızın həcmi azalır. Az olan əmtəənin dəyəri isə qalxmağa məhkumdur. Təbii, dövlət süni yolla bir müddət bunun qarşısını ala bilər. Hətta dolları 18 qəpiyədək ucuzlaşdıra da bilər. Necə? Valyuta ehtiyatları hesabına. Hazırda Mərkəzi Bankla Neft Fondunun birgə 40 mlrd. dollara yaxın ehtiyatı var. Dövriyyədəki manat həcmi isə 7,5 mlrd-a yaxındır. Beləliklə, hər dollara 18 qəpik düşür. Amma təbii ki, dövlət bunu etməz, çüni valyuta ehtiyatları yalnız manatın məzənnəsini saxlamaq üçün deyil. Daha vacib məsələlər var, bu günün sabahı var və s." — deyə ekspert bildirib.

Bank müştəriləri - Sputnik Azərbaycan
TƏHLİL
Banklardan əmanətə xəyanət

Bu qədər dollar ehtiyatımız olduğu halda son həftələr ərzində banklara niyə dollar satılmırdı və nəticədə qıtlıq yaranmışdı?Ekspertin fikrincə, bu suala cavab vermək üçün nəticəyə baxmaq lazımdır: "Süni qıtlıq yaradıldı, qara bazar əhaliyə və əsasən də sahibkarlara yüksək məzənnə (məsələn, 1,85) ilə xeyli dollar satdı. İş o yerə çatmışdı ki, qara bazar hətta özünü reklam da edirdi. Deməli, cəzasızlığına əmin idi. Dollar satmalı olan Mərkəzi Bank isə prosesi sükutla müşahidə edirdi. Nəhayət, dünən banklara 300 mln. dollar satıldı və məlumat yayıldı ki, guya dollara olan tələbat nəinki tam ödənilib, hətta dövriyyədə izafi dollar kütləsi də var və banklar dollar almır və ya aşağı məzənnə (1,63) ilə alır. Əslində isə dünən bankların tələbatı 340 mln. olub. Bu da rəsmi rəqəmdir. Məlumdur ki, əslində hərracdan qabaq banklara sifarişlərinin maksimal rəqəmi üzrə məhdudiyyət qoyulur. Məsələn, deyirlər ki, 25 mln. dollardan çox yazma. Buna görə də dollara olan tələbatın tam ödənilməsi mifdən başqa bir şey deyil."

Ə.Həsənov qeyd edib ki, əvvəlki günlər kimi tələbat 1 mlrd-ı ötmür, çünki qara bazar hesabına tələbin bir qismi ödənilib. Amma hər halda 300 mln. da deyil, əks halda bankların hamısı indi məhdudiyyətsiz dollar satardı: "Amma bankların hamısı yenə də satmır. Satanlar da 1,69-1,70 məzənnəsi ilə satır. Deməli, tələbat az deyil. O ki qaldı banklar tərəfindən dolların aşağı məzənnə ilə alınması, bu da "qara bazar" əməliyyatının davamıdır. Xeyli insan son manatını verib dollar alıb. Onlara indi (o cümlədən bayramqabağı) manat lazımdır. Amma 1,85 məzənnə ilə aldığı dolları 1,63 məzənnə ilə banka satmaq istəmir. Nə edir? Yenə qara bazara gedir və məsələn, 1,65 məzənnə ilə satır. Yəni qara bazar 1,85 məzənnəsi ilə satdığı dolları indi 1,65 məzənnəsi ilə geri alır. Beləliklə, qara bazar hər 100 mln. dollardan 12 mln. dollardan çox gəlir götürmüş olur: 100 mln dolları 185 mln. manata satır, sonra isə həmin pula 112 mln.-dan çox dollar alır."

Ekspertin fikrincə, yaradılmış süni dollar qıtlığının məqsədi elə bu idi: kimlərinsə külli məbləğdə gəlir götürməsi.

Valyuta alış satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qara bazar" ağ günə çıxıb

Ə.Həsənov bu prosesdə Mərkəzi Bankın iştirakının danılmaz olduğunu bildirib: "Çünki dolları məhz o satmırdı, qıtlıq yaratmışdı. Nəticədə Mərkəzi Bank da uddu. Artıq manat kütləsi yığıldı və manata təsir azaldı."

Bu prosesdə uduzan tərəfin əhali və daha çox da sahibkarlar olduğunu vurğulayan ekspert əlavə edib ki, sahibkarlara dollar təcili lazım idi. Çünki onlar xaricdən mal gətiririrlər və öhdəliklərini icra etməlidilər. Onları da məcbur etdilər ki, qara bazardan yüksək məzənnə ilə dollar alsınlar.

Ə.Həsənov hesab edir ki, Azərbaycanın maliyyə sistemi öz etimadını itirib: "Pul kağız parçasından başqa bir şey deyil. Ona dəyər verən etimaddır. Maliyyə sistemimizə etimad onsuz da az idi. "Qara bazar" əməliyyatından sonra isə tam sarsıldı. Çünki məhz dövlət qurumlarının hərəkətsizliyi nəticəsində qara bazar sahibkarların pulunu əlindən aldı. Belə maliyyə sisteminə hansı sahibkar, hansı investor etibar edib ölkəyə pul yatızdırar? Bu kimi əməliyyatların təkrarlanmayacağına kim təminat verir?"

Xəbər lenti
0