Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Banklardan əmanətə xəyanət

© Photo : STRBank müştəriləri
Bank müştəriləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin sözlərinə görə, vətəndaş depozitini hansı valyuta ilə yerləşdiribsə, həmin valyuta ilə də bankdan çıxara bilər

BAKI, 9 sen — Sputnik. "Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, mənə daxil olan müraciətlərə əsasən, bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir".

Dollarla kredit - Sputnik Azərbaycan
CƏMİYYƏT
Banklardan inanılmaz tələb - buna da əl atdılar

Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov öz "Facebook" səhifəsində dollar krediti üzrə manatın qəbul edilməməsinə münasibət bildirərkən qeyd etmişdi. Bunun səbəbinə aydınlıq gətirən ekspert bildirib ki, manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir.

Ə. Həsənov şərhinin post skriptum hissəsində yazıb: "Əslində banklarımız indi elə pis gündədir ki, ödənilən qəpiyi belə, qəbul etməlidirlər. Amma o qədər həyasız və ağılsızdırlar ki, milli valyutaya hörmətsizlik edərək borcluya hələ bir şərt də qoyurlar ki, "manatı bəyənmirəm, dollar ödəyin" və s. və i.a. Bunu xüsusilə əmanətçilər nəzərə alsın: pulunuzu etibar etdiyiniz bank borcları qəbul etmirsə, əmanətinizi necə qaytaracaq? Maraqlısı həm də odur ki, bəzi banklar artıq dollar əmanətlərini də zorla manatla qaytarır. Yəni öz borcunu manatla ödəyir, amma özünə olan borcu manatla qəbul etmir".

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul da sözügedən hər iki halın mümkünlüyünü istisna etmir. "Qanunla, həmin günə, saata olan kurs ilə həm bank dollarla olan əmanəti manatla qaytara bilər, həm də dollarla olan kredit borcunu manatla ödəmək olar. Qanunvericilik bu cür alternativ variantı istisna etmir. Yəni, bunu etmək mümkündür", — o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, indi vəziyyət elədir ki, son bir neçə gündə dolların rəsmi kursunun bir cür, ancaq "qara bazar" kursunun başqa cür olması banklarda müəyyən problemlər yaradıb: "Hətta bir neçə bankda şahidi oldum ki, övladları xaricdə təhsil alan vətəndaşlar onların hesabına dollar, avro ilə pul qoymaq istəyiblər. Amma həmin banklar manat ilə onları qəbul etmirdi. Banklar deyirdi ki, "gedin, dollar və yaxud avro ilə gətirin həmin hesaba yatıraq". Bunlar qanunsuzdur. Banklar vətəndaşların bu tələblərini yerinə yetirməyə borcludur".

Q. Toğrulun sözlərinə görə, vətəndaş əmanəti dollarla qoyubsa, onu manatla deyil, məhz dollarla geri ala bilər: "Son qərarı əmanətin sahibi verir. Əmanəti dollarla qoymusunuzsa, deyirsiniz ki, əmanəti dollarla da qaytarın. Əgər sizin razılığınız yoxdursa, bank sizi məcbur edə bilməz".

"Demark" hüquq şirkətindən isə Sputnik-ə bildiriblər ki, bankda dollar yoxdursa, bank dollarla olan əmanəti manatla qaytara bilər. Dollarla kredit borcunu həmin günün kursu ilə manatla ödəmək də mümkündür".

Xəbər lenti
0