CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onun fantaziyası qarşısında heyrətlənməmək mümkün deyil

© Sputnik / Irade CELILAğac üzərində möcüzə yaradan sənətkar
Ağac üzərində möcüzə yaradan sənətkar - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır. Çünki burada hər hansı ideyanı, fantaziyanı ağacın üzərində tətbiq etmək lazım gəlir.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 sen — Sputnik. Hər dəfə Qəbələdən qayıdanda, Vəndam kəndindən keçən yolun kənarına düzülmüş oyma sənət nümunələri diqqətimi çəkirdi. Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir.

Sazbənd Sabit Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...

İki il öncə də buradan reportaj hazırlamışdım. Odur ki, yenidən Qəbələyə yolum düşəndə düşündüm ki, Şahin usta ilə söhbətləşim, həm də insan əlinin yaratdığı gözəlliyi seyr edim.

Ağac üzərində möcüzələr yaradan sənətkar Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır. Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir.

Usta emalatxanada olmadığı üçün, mən də oğlu Sahil, həmçinin Şahin ustanın tələbəsi Tofiqlə söhbətləşdim. Onlar həm oyma sənətinin gözəlliklərindən, həm də Şahin ustanın uğurlarından söz açdılar.

Şahin Rəhimov 20 ildən artıqdır ki, şabalıd və qoz ağaclarından müxtəlif suvenirlər hazırlayır. Əvvəllər tək işləyən usta, sonralar yaxınlarını da bu işə cəlb edib.

Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir. Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür. O, hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır.

"Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır. Çünki burada hər hansı ideyanı, fantaziyanı ağacın üzərində tətbiq etmək lazım gəlir. Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur", — danışır Sahil.

Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır. O, bu sənətə görə, Şahin ustaya minnətdarlığını ifadə edir: "Ondan çox şey öyrənmişəm. Çox gözəl sənətdir, zövqlə işləyirəm".

© Sputnik / Irade CELILAğacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir
Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir - Sputnik Azərbaycan
1/16
Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir
© Sputnik / Irade CELILSadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir
Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir - Sputnik Azərbaycan
2/16
Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir
© Sputnik / Irade CELILHazırda oğlu Sahil də atasının yolunu davam etdirir.
Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir - Sputnik Azərbaycan
3/16
Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir.
© Sputnik / Irade CELILHələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür
Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür - Sputnik Azərbaycan
4/16
Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür
© Sputnik / Irade CELILBu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır.
Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır - Sputnik Azərbaycan
5/16
Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır.
© Sputnik / Irade CELILBu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur
Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur - Sputnik Azərbaycan
6/16
Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur
© Sputnik / Irade CELILEmalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır
Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır - Sputnik Azərbaycan
7/16
Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır
© Sputnik / Irade CELILŞahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var.
Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var - Sputnik Azərbaycan
8/16
Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var.
© Sputnik / Irade CELILSuvenirlər bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur
Suvenirlər bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur - Sputnik Azərbaycan
9/16
Suvenirlər bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur
© Sputnik / Irade CELILEmalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır
Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır - Sputnik Azərbaycan
10/16
Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır
© Sputnik / Irade CELILBurada ən bahalı əl işi masa və stuludur
Burada ən bahalı əl işi masa və stuludur - Sputnik Azərbaycan
11/16
Burada ən bahalı əl işi masa və stuludur
© Sputnik / Irade CELILQoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır
Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır - Sputnik Azərbaycan
12/16
Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır
© Sputnik / Irade CELILEmalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər
Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər - Sputnik Azərbaycan
13/16
Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər
© Sputnik / Irade CELILSahil hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır
Sahil hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır - Sputnik Azərbaycan
14/16
Sahil hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır
© Sputnik / Irade CELILSahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib
Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib - Sputnik Azərbaycan
15/16
Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib
© Sputnik / Irade CELILŞahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub
Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub - Sputnik Azərbaycan
16/16
Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub
1/16
Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir
2/16
Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir
3/16
Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir.
4/16
Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür
5/16
Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır.
6/16
Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur
7/16
Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır
8/16
Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var.
9/16
Suvenirlər bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur
10/16
Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır
11/16
Burada ən bahalı əl işi masa və stuludur
12/16
Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır
13/16
Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər
14/16
Sahil hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır
15/16
Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib
16/16
Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub

Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var. O, sifariş əsasında da müxtəlif fiqurlar hazırlayırlar.

"Suvenirlərimiz bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur. Maraqlı sənətdir, gənclərimizin də öyrənməsini istərdik", — deyir Sahil.

Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır. Burada ən bahalı əl işi masa və stuludur. Bunun qiyməti 1500 manatdır. Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır. Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər.

Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib. Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub, diplom və fəxri fərmanlarla təltif edilib.

Xəbər lenti
0