Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...

© Sputnik / Hikmet OrhunSazbənd Sabit Məmmədov
Sazbənd Sabit Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Ustad sazbənd: "Özüm çox əziyyət çəkmişəm deyə, cavanlara qıymıram. Amma istəmirəm, bu sənət bitsin, çox istəyərdim, bir nəfər davam etdirsin, bildiklərimi ona öyrədim"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 21 apr — Sputnik. "Musiqi elə bir şeydir, onunla məşğul olan heç bir adamın ürəyində kin-küdurət ola bilməz, pislik eləməz. Həmişə istəyər ki, kiməsə yaxşılıq eləsin, əl tutsun, uşaqla uşaq, böyüklə böyük olsun", — deyir sazbənd Sabit Məmmədov.

Kəlbəcərli ustad Aşıq Xalıqverdi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Dedilər, Mircəfər Bağırov səsini oğurlayacaq, getmə..."

Bir də deyir ki, sənətlə məşğul olandan bu yana bir adamın könlünü qırmayıb, bir adamın toyuğuna daş atmayıb, kiməsə "gözün üstə qaşın var" deməyib. Dünyanın problemlərindən yorulanda bir köşəyə çəkilib, ruhunu ürəyindən keçən havaya kökləyib, durulub.

"Sazın başına oyun açırlar"

Sabit Məmmədov qırx ildir, Qazax rayonunun Kosalar kəndində saz bağlayır, 1973-cü ildən bu yana böyük tarixi olan saz sənətini itməyə qoymur, nazını çəkir, kaprizlərinə dözür, qoruyur. Əlacı olsa, son dövr aşıqlıq eləyənlərdən də qoruyardı.

Çünki "Sazın başına oyun açırlar, toyda, mağarda yüz oyundan çıxırlar. Sazla belə davranmaq olmaz" deyir.

© Sputnik / Hikmet OrhunSazbənd Sabit Məmmədov.
Sazbənd Sabit Məmmədov - Sputnik Azərbaycan
1/9
Sazbənd Sabit Məmmədov.
© Sputnik / Hikmet OrhunSabit Məmmədov qırx ildir, Qazax rayonunun Kosalar kəndində saz bağlayır.
Sabit Məmmədov qırx ildir, Qazax rayonunun Kosalar kəndində saz bağlayır - Sputnik Azərbaycan
2/9
Sabit Məmmədov qırx ildir, Qazax rayonunun Kosalar kəndində saz bağlayır.
© Sputnik / Hikmet OrhunSazın çanaq hissəsi tut ağacından, boğaz və qol hissələr isə qoz ağacından düzəldilir.
Sazın çanaq hissəsi tut ağacından, boğaz və qol hissələr isə qoz ağacından düzəldilir - Sputnik Azərbaycan
3/9
Sazın çanaq hissəsi tut ağacından, boğaz və qol hissələr isə qoz ağacından düzəldilir.
© Sputnik / Hikmet OrhunFormaya salınmış çanağın qurudulma prosesi aylar-illər çəkir.
Formaya salınmış çanağın qurudulma prosesi aylar-illər çəkir - Sputnik Azərbaycan
4/9
Formaya salınmış çanağın qurudulma prosesi aylar-illər çəkir.
© Sputnik / Hikmet OrhunNövbəti mərhələdə həmin qurumuş tut və qoz ağaclarının emalı başlayır.
Növbəti mərhələdə həmin qurumuş tut və qoz ağaclarının emalı başlayır - Sputnik Azərbaycan
5/9
Növbəti mərhələdə həmin qurumuş tut və qoz ağaclarının emalı başlayır.
© Sputnik / Hikmet OrhunMüxtəlif üsullarla həmin ağac parçaları formaya salınır.
Müxtəlif üsullarla həmin ağac parçaları formaya salınır - Sputnik Azərbaycan
6/9
Müxtəlif üsullarla həmin ağac parçaları formaya salınır.
© Sputnik / Hikmet OrhunHazır sazlar
Hazır sazlar - Sputnik Azərbaycan
7/9
Hazır sazlar
© Sputnik / Hikmet OrhunBir sazın başa gəlməsi bir neçə ay çəkir.
Bir sazın başa gəlməsi bir neçə ay çəkir - Sputnik Azərbaycan
8/9
Bir sazın başa gəlməsi bir neçə ay çəkir.
© Sputnik / Hikmet OrhunSənətkar özündən sonra bu sənətin itib-getməsindan çox narahatdır.
Sənətkar özündən sonra bu sənətin itib-getməsindan çox narahatdır - Sputnik Azərbaycan
9/9
Sənətkar özündən sonra bu sənətin itib-getməsindan çox narahatdır.
1/9
Sazbənd Sabit Məmmədov.
2/9
Sabit Məmmədov qırx ildir, Qazax rayonunun Kosalar kəndində saz bağlayır.
3/9
Sazın çanaq hissəsi tut ağacından, boğaz və qol hissələr isə qoz ağacından düzəldilir.
4/9
Formaya salınmış çanağın qurudulma prosesi aylar-illər çəkir.
5/9
Növbəti mərhələdə həmin qurumuş tut və qoz ağaclarının emalı başlayır.
6/9
Müxtəlif üsullarla həmin ağac parçaları formaya salınır.
7/9
Hazır sazlar
8/9
Bir sazın başa gəlməsi bir neçə ay çəkir.
9/9
Sənətkar özündən sonra bu sənətin itib-getməsindan çox narahatdır.

Ancaq əlində elə bir imkanı yoxdur ki, qulaqburması verə, ustad şilləsi çəkə, onlara ustadların yol-yördəmini göstərə, aşıqlıq ədəb-ərkanına çağıra. Sadəcə baxıb, kədərlənir, aşıq sənətinə belə ucuz yanaşmaya görə təəssüflənir…

"Hər ağacdan saz olmaz"

Sazın 3 hissədən ibarət olduğunu deyən sənətkarın sözlərinə görə, çanaq hissə tut ağacından, boğaz və qol hissələr isə qoz ağacından əmələ gəlir: "Hər ağacdan da saz olmaz. Ağaclar kəsiləndən sonra seçim aparılır. Düyünsüzü, salamatı, işimizə yarayanı götürülür. Sonra onlar qurudulur, qurutma prosesi aylar-illər çəkir".

"Növbəti mərhələdə həmin qurumuş tut və qoz ağaclarının emalı başlayır. Müxtəlif üsullarla həmin ağac parçalarını formaya salıram. Məsələn, bu çanaq hissə oval formadadır. Halbuki, onu təşkil edən taxta parçaları adi formada olub. Bütün bu əziyyətli prosesin sonunda, belə deyək, ağaclar dilə gəlir, sanki insanla danışır, oxuyur…", —deyir ustad.

"Bilməzdik zaman necə gəldi, necə keçdi…"

O uşaq olanda "aşığam" deyən adamların adına düzənlənən məslislərdə nə dinləyici yorularmış, nə də aşıq sazını köynəyə, təbini dincə qoyarmış. Günlərlə çəkərmiş dastan axşamları, insanların şeir, söz bayramları: "O axşamlarda hər şey adama nağıl kimi gələrdi, bu dastandan o dastana, o şeirdən bu qaravəlliyə keçidlərdə darıxmaz, maddi dünyadan qopardıq, aşıq sazı əlinə alandan sözü tamama yetirənə qədər bilməzdik zaman necə gəldi, necə keçdi…".

Elə sənətə həvəsi də uşaq yaşlarında evlərinə qonaq olan Aşıq Ədalətin ifalarına qulaq asıb, könül verəndən sonra yaranıb. Saz bağlamağa başlayanda onun əlindən tutan olmayıb, bu həndəvərdə sənətlə məşğul olan bir böyük-kiçik yox imiş. Var-yox, gözlərini itirmiş bir ağsaqqal sazbənd var imiş, o da sənətin sadəcə nəzəri tərəflərini başa salıb. Ona görə də, əziyyəti çox olub, zəhmətə qatlaşıb, hər düzəltdiyi sazı daha yaxşı düzəltməyə çalışıb.

40 ilin başında hələ də özünü həvəskar sayır

Sənətə həvəskar kimi başlayıb, indiyə qədər bağladığı sazların sayını-hesabını bilməsə də, qırx ilin başında hələ də özünü həvəskar sayır: "Hər dəfə əlimə yeni iş alanda istəyirəm ki, bu, o birilərdən daha yaxşı olsun, sazın ilkin dövrlərdə verdiyi səsə daha da yaxınlaşım. Və bu, məni xoşbəxt edir".

Belə deyir ki, təzə-təzə hamının dediyinə qulaq asır, hərədən bir şey oğurlamağa çalışırmış: "Onda dizinin dibini kəsdirib, sənətin sirlərini öyrənməyə bir adam tapmırdım. Bir yaşlı sazbənd vardı, gözləri görmürdü, çətinliyə düşəndə onun yanına gedib-gəlir, məsləhət alırdım. Belədir ki, bu iş bir az zəhmət, fiziki güc, səbr tələb edən şeydir. Yaşım az olsa da, həvəsdən düşmədim, məni geri itələdikcə, mən üstünə getdim".

Şagirdi olmayan ustad

Qardaşı Taleh Məmmədov saz ifa etməyi öyrənəndən sonra yavaş-yavaş Sabitə də öyrədib. Barmaqları simə yatandan, kənddə on beş-iyirimi nəfər cavan-cümrünü başına yığıb, aşıq havalarını özü onlara öyrədib: "Az qala hər gün kənddəki kluba yığılar, saatlarla kəndçilərimə saz çalmaq öyrədərdim. Beləcə neçə-neçə adam avaralıqdan xilas oldu, beş-altı hava öyrəndi. İndi kəndin yarıdan çoxu sazı bilir, kimi dindirsən, azı bir hava bilir".

Məhərrəm Şirinov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Şah əsərlər yarada bilərdi - bu gününə baxın

Ustad sazbənd ondan şikayətlənir ki, söz, dastan bilməsələr də, saza maraq artır, amma zəhməti çox olduğu üçün indiki gənclər saz düzəltməyə, sazbənd olmağa həvəs göstərmirlər. İstəmir itsin, nəsildən-nəsilə ötürülməsini istəyir. Uzun illər bu dəzgahda "külüng" vursa da, şəyirdi (şagird —red.) yoxdur, sənətini davam etdirməyə kimsə maraq göstərməyib.

"İstəmirəm, bu sənət itsin"

Sənətkar onu da etiraf edir ki, indiki zamanda bu sənətlə ailə dolandırmaq, çörəkpulu qazanmaq çətindir: "Gərək sazbəndliklə yanaşı, özgə bir işlə də məşğul olasan. Bir sazın başa gəlməsi bir neçə ay çəkir. Xam material bahadır. Qoz ağacının, tut ağacının tapılması zaman alır".

"Özüm çox əziyyət çəkmişəm deyə, cavanlara qıymıram. Amma istəmirəm, bu sənət istsin, çox istəyərdim, bir nəfər davam etdirsin, bildiklərimi ona öyrədim", — deyir S. Məmmədov.

Emalatxanasında söhbətimizi yekunlaşdırıb, yorğunluğumuzu çıxarmaq üçün çay süfrəsi arxasına keçəndə bir "Baş sarıtel" havası ifa elədi. Biz də həmin havanı lentə alaraq, sizlərlər paylaşmağa qərar verdik.

Xəbər lenti
0