CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan multikulturalizmi" fənni dünyada tədris olunacaq

© Sputnik / Murad Orujov"Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər" mövzusunda keçirilən konfrans
Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər mövzusunda keçirilən konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Arıtq "Azərbaycan multikulturalizmi" dərsliyi üzərində tamamlama işləri gedir

"Azərbaycan multikulturalizmi" fənni dünyada tədris olunacaq
BAKI, 9 sen — Sputnik. "Biz "Azərbaycan multikulturalizmi" fənninin tədrisini digər dünya universitetlərinə də yaymaq istəyirik". Bunu sentyabrın 9-da Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər" mövzusunda keçirilən konfransda, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru Azad Məmmədov deyib.
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda konfrans - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir"

Onun sözlərinə görə, "Azərbaycan multikulturalizmi" fənninin tədrisi məsələsi dünyada çox nadir hadisə hesab olunur: "Biz artıq nail olmuşuq ki, Azərbaycanın, demək olar ki, bütün universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunsun. Eyni zamanda, biz bu fənnin tədrisini dünya universitetlərinə də yaymaq istəyirik. Əlbəttə ki, ilk növbədə bunlar keçmiş SSRİ ölkələridir. Bundan başqa, bir sıra Avropa ölkələrində də buna nail olmuşuq".

"Biz yalnız Avropa və Asiya ilə kifayətlənmirik və bu fənnin İndoneziyada tədris olunmasına da nail olmuşuq. Gələcəkdə isə planlarımız var ki, bu fənnin tədrisini Amerika qitəsinə aparaq və ABŞ universitetlərinin birində tezliklə bu fənnin tədrisinə başlanılsın", — deyə A. Məmmədov bildirib.

Tədbirdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyevin sözlərinə görə isə, fənnin tədris məsələləri 2015-ci ildən başlanıb: "Keçən il 28 yerli universitetdə bu fənnin tədrisinə başlanılıb, bu il isə tədrisin 38 yerli universitetdə keçiriləcəyi nəzərdə tutulub. Xaricdə isə 15 universitet əhatə olunub. Bura Türkiyə, Ukrayna, Gürcüstan, Almaniya, İndoneziya, Polşa, İtaliya, Çexiya və digər ölkə universitetləri daxildir".

Ekspertin sözlərinə görə, ölkə ərazisində və xaricdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə olan maraq artır: "Fənnin istər yerli, istərsə də xarici dinləyiciləri beynəlxalq yay və qış məktəblərinə cəlb olunur. Bu məktəblər onlara praktik biliklərini artırmağa imkan verir".

"Digər məsələ "Azərbaycan multikulturalizmi" kafedralarının açılması istiqamətində lazımi metodiki hazırlığın aparılmasıdır. Bu sahədə də Azərbaycan universitetlərində işlər aparılır. Eyni zamanda, tədrisin təkcə bakalavr deyil, həm də magistr səviyyəsində tədrisi nəzərdə tutulub", — S. Xudiyev bildirib.

İlham Əliyev - Gəncə ziyarəti - Sputnik Azərbaycan
SİYASƏT
"Multikulturalizm region xalqlarının həyatını daha da yaxşılaşdıracaq"

Onun sözlərinə görə, artıq bu ildən etibarən magistr səviyyəsində də bir neçə universitetdə bu fənn tədris olunacaq. Bu, ölkə ərazisində yerləşən dövlət və özəl universitetlərə aiddir.

Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasovun sözlərinə görə isə, bu yaxınlarda "Azərbaycan multikulturalizmi" adlı dərslik işıq üzü görəcək: "Bakı Multikulturalizm Mərkəzi vəsaitlərin hazırlanması işi ilə məşğuldur. Arıtq "Azərbaycan multikulturalizmi" dərsliyi üzərində tamamlama işləri gedir. Ərsəyə gələndən sonra bu dərslik rus və ingilis dillərinə də tərcümə ediləcək. Artıq dünyada Azərbaycan multikulturalizminin təbliği və tanıdılması istiqamətində ciddi mənbə və əyani vəsait olacaq".

Qeyd edək ki, prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Bu qərar ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalar arası dialoqa mühüm töhfə verəcəyi üçün qəbul edilib.

Xəbər lenti
0