Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 9 iyun — Sputnik. Bu gün Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində, "İnsan Hüquqları aylığı" çərçivəsində Dövlət Miqrasiya Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir" mövzusunda konfrans keçirildi.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbirdə Miqrasiya Siyasəti və Hüquqi Təminat baş İdarəsinin rəisi Vahid Qəhrəmanov, İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Nadir İsmayılov, Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev və 200 nəfərə yaxın ictimaiyyət nümayəndələri iştirak edirdi.
Konfrasda çıxış edən Miqrasiya Xidmətinin nümayəndələri tədbir iştirakçılarına Azərbaycanda Multikultiralizm haqqında və Miqrasiya Xidmətinin fəaliyyəti haqqında geniş məlumat verdilər. Sonda konfrans iştirakçılarının sualları Miqrasiya Xidməti nümayəndələri tərəfindən cavablandırıldı.