Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün 4 paralimpiyaçımız gücünü sınayacaq

© Sputnik / Murad OrujovParalimpiyaçılarımız
Paralimpiyaçılarımız - Sputnik Azərbaycan
Abunə olmaq
Cüdoçularımızla başlayan qarşılaşmalar qaçış idman növü ilə başa çatacaq

BAKI, 9 sen — Sputnik. Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı öz gücünü sınayacaq. Sputnik Report-a istinadən xəbər verir ki, öncə cüdoçularımız yarışa start verəcək.

Kişilərin mübarizəsində 73 kq çəkidə Ramil Qasımov 1/4 finalda çıxış edəcək. İdmançımızın rəqibi kubalı Cerardo Rodriges və argentinalı Rodolfo Ramires arasında keçiriləcək görüşün qalibi olacaq. 81 kq-da Rövşən Səfərovun rəqibi belaruslu Aleksandr Kazloy olacaq. Cütün qalibi 1/4 finalda ukraynalı Oleksandr Kosilovla görüşəcək.

Azərbaycan cüdoçusu Bayram Mustafayev - Sputnik Azərbaycan
İDMAN
Paralimpiyada ilk medalı qazandıq

Qadın cüdoçulardan yalnız Səbinə Abdullayeva mübarizəyə başlayacaq. 57 kq çəkidə gedən mübarizənin 1/4 finalında azərbaycanlı paralimpiyaçı yaponiyalı Junko Hirosenə qalib gəlməyə çalışacaq. Uğur qazanan cüdoçu yarımfinalda Araujo Lusio (Braziliya) — Liyinq Vanq (Çin) cütünün qalibi ilə mübarizə aparacaq. Cüdo yarışlarına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Yelena Taranova 10 metr məsafəyə atəşaçmada qüvvəsini sınayacaq. Yarış saat 16:30-da başlayacaq. Y.Taranova hədəfdən yayınmasa, saat 18:45-də finalda iştirak edə biləcək.

100 metr məsafəyə qaçışın yarımfinalına yüksələn Yelena Çebanu saat 19:08-də start xəttində olacaq. Paralimpiyaçı uğur qazanacağı təqdirdə gecə saat 02:00-da başlayan finalda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycan bir medal qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən cüdoçu Bayram Mustafayev finalda uduzaraq gümüş medalla kifayətlənib.

Xəbər lenti
0