Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda 1 tona yaxın zərərli kartof aşkarlandı

Abunə olmaq
Kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə riayət etməklə məhv edilib

BAKI, 9 sen — Sputnik. Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edilib. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə riayət etməklə məhv edilib.

Kartof - Sputnik Azərbaycan
Azərbaycanda 1 tonadək kartof məhv edilib

Kartof güvəsi kartofun, badımcanin, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.

Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret hazırlanması üçün yaramır. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur.

Xəbər lenti
0