Azərbaycanda 1 tonadək kartof məhv edilib

Abunə olmaq
Kənd Təsərrüfatı nazirliyinin rəsmisi: Bu il ərzində 948 kiloqram kartof keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün məhv edilib.

BAKI, 20 yan — Sputnik. "Kartof məhsullarının yalnız dövlət qeydiyyatından keçmiş sortları idxal olunur. İdxal olunan məhsullar həm keyfiyyət, həm də digər göstəricilərə görə karantin nöqteyi-nəzərindən araşdırılır".

APA-nın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyev deyib.

O bildirib ki, aparılan araşdırmalar nəticəsində müəyyən məhsulların geri qaytarılması və ya məhv edilməsi prosesi həyata keçirilir: "Bu il ərzində 948 kiloqram kartof keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün məhv edilib".

Xəbər lenti
0