ABŞ-dan Yaxın Şərqlə bağlı qorxulu ssenarinin siqnalı gəldi

© REUTERS / Bassam KhabiehƏlində Suriya müxalifətinin bayrağını tutmuş uşaq
Əlində Suriya müxalifətinin bayrağını tutmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru: "İraq və Suriyanın ərazi bütövlüyünün yenidən təmin edilməsi sual altındadır"

BAKI, 9 sen — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan İraq və Suriyanın dövlət quruluşunun kompensasiya edilə bilməyəcək şəkildə pozulduğu düşüncəsindədir. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, Brennan İraq və Suriyanın ərazi bütövlüyünün yenidən təmin edilməsinin sual altında olduğunu deyib.

Rusiya dövlət başcısı Vladimir Putin və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
TƏHLİL
Suriya və Ukrayna problemləri "düyünə düşüb"

"Bu iki ölkənin vahid hökumətinin olacağı və mərkəzi hökumət tərəfindən idarə ediləcəyini təxmin etmək çətindir", — direktor vurğulayıb.

"CTC Sentinel" adlı mətbu orqana müsahibə verən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, tökülən qan və təxribat qədər etnik və məzhəb gərginliklərinin davam etməsinin də iki ölkəyə böyük zərər verdiyini, Suriya və İraqdakı kürd bölgələri kimi bir çox muxtar bölgənin ortaya çıxa biləcəyini söyləyib.

CIA direktoru İŞİD-in vətəndaş müharibəsinin hökm sürdüyü Yəmənə sızmasıyla əlaqədar fikirlərini də dilə gətirib. O, İŞİD-in Yəməndə terror şəbəkəsi Əl-Qaidəyə bağlı qruplarla əməkdaşlıq etdiyini də sözlərinə əlavə edib.

Xəbər lenti
0