ELM

"Təhsil Nazirliyi mütəxəssislərlə işləmək əvəzinə, onları "daşa tutur""

© Photo : STROrta məktəb şagirdləri dərs zamanı
Orta məktəb şagirdləri dərs zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul statistikası və balların aşağı olması ətrafında gərgin polemika yaşanır

BAKI, 8 sen — Sputnik. Bu günlərdə təhsil eksperti Nadir İsrafilov Təhsil Nazirliyini, qəbul haqqında statistikanı düzgün verməməkdə ittiham edib və qəbul ballarının aşağı düşməsini ölkədə təhsilin zəifliyi ilə əlaqələndirib. Dünən məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə cavab məktubu daxil olub.

Yeni dərs ilinə hazırlıqlar necə gedir mövzusunda keçirilən mətbuat konfransı - Sputnik Azərbaycan
ELM
"Təhsil Nazirliyi valideynlərə basqı edir ki, uşağına paltarı o fabrikdən almalısan"

Məktubda bildirilir ki, ekspertin dedikləri doğru deyil və nazirliyin açıqladığı statistikalar həqiqətə uyğundur. O da qeyd olunur ki, eyni zamanda bu il qəbul imtahanları zamanı ballar keçən ilə nisbətən çox olub.

Mövzunu Sputnik-ə dəyərləndirən təhsil eksperti Kamran Əsədov da həmkarını haqlı çıxarıb: "Nadir müəllimin dediklərində həqiqət var. Ali məktəblərdə plan yerlərinin artırılması, tələbə sayının azaldığı bir dövrdə inkişaf sayıla bilməz. Mən də bu mövzuda Nadir müəllimlə razıyam. Onun, birinci sinifə daxil ola bilməyən uşaqların sayı ilə bağlı hansı mənbəyə əsaslanaraq açıqlama verdiyini bilmirəm. Amma qəbul göstəricilərinə gələndə, son bir neçə ildə geriləyirik".

"İmtahan verənlərin sayı aşağı düşür, plan yeri artır. Bu da düzgün deyil. Nazirlik hesab edir ki, yüksək bal toplayanların sayının artması məktəblərdə təhsil səviyyəsinin inkişafı demək deyil. Abituriyentlərin yüksək bal toplamasının əsas səbəbi repetitorların sayəsindədir. Sadəcə nazirlik bunları qəbul etməlidir. Və bu yöndə iş aparmalıdır", — K. Əsədov vurğulayıb.

Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
ELM
Nazirlik eksperti təkzib etdi

O, əlavə edib ki, ekspertlərin təklifləri "daşa tutulmamalıdır", əksinə inkişafa köməkdir: "Sadəcə deyilən fikirlərdən nəticə çıxarmaq lazımdır. Təhsil Nazirliyi təhsil ekspertləri ilə işləmək və onların fikirlərindən yararlanmaq əvəzinə, ekspertlərə qarşı çıxır və onlara qarşı sərt münasibət bəsləyir. Bu doğru addım deyil. Əksinə, az sayda olan təhsil ekspertlərinin fikirlərindən nazirlik yaxşı mənada maksimum dərəcədə istifadə etməyə çalışmalıdır".

Digər təhsil üzrə mütəxəssis Məlahət Mürşüdlü isə fikir ortaya qoymaq üçün hələlik tələsməməyə üstünlük verir: "Kimin haqlı, kimin haqslız olduğunu Dövlət İmtahan Mərkəzindən nəticələr haqqında məlumat əldə etməkdən sonra demək mümkün olacaq. Bu arada, Nadir İsrafilov sıradan bir ekspert deyil, kifayət qədər təcrübəsi və faktları olan mütəxəssisdir".

Xəbər lenti
0