Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gecə sürpriz olacaq

Xəbərlərə abunə olun
НовостиTelegram
Paralimpiya Oyunlarının başlanmasına saatlar qalıb

BAKI, 7 sen — Sputnik. Rio-De-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarının açılışına sayılı saatlar qalıb. Sputnik xəbər verir ki, yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə 8 sentyabr saat 01:15-də) başlanacaq mərasim "Marakana" stadionunda baş tutacaq.

Tədbir zamanı Azərbaycan komandasının bayraqdarı cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev olacaq. Eyni zamanda Açılış mərasimində azərbaycanlı izləyiciləri komandamız tərəfindən sürpriz gözləyir.

Xatırladaq ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarına 27 paralimpiyaçı ilə yollanıb. Kişi idmançıların sayı 21, qadın idmançıların sayı 6-dır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftinq növlərində 44 medal uğrunda mübarizə aparacaqlar. Paralimpiada sentyabrın 18-də başa çatacaq.

Xəbər lenti
0