Ərdoğan Obamanın xahişini yerə salmadı

© AFP 2024 / FATIH AKTASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və ABŞ ordusu birlikdə İŞİD-in qalası sayılan Raqqaya doğru əməliyyata başlayacaq

BAKI, 7 sen — Sputnik. "Barak Obama məndən xahiş etdi ki, İŞİD-in nəzarətindəki Raqqa şəhərinə türk və amerikan əsgərləri birgə əməliyyat başlatsın".

Fırat Kalkanı operasyonu kapsamında, Türkiye, bu sabah 8 tank ile 2 zırhlı personel taşıyıcı (ZPT) araç gönderdi. - Sputnik Azərbaycan
Türkiyə Rusiyadan hərbi dəstək istədi

Sputnik Daily Sabah-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çindəki G-20 sammitindən ölkəsinə qayıdarkən, təyyarədə jurnalistlərə bildirib. Ərdoğan Obamanın xahişinə hansı cavabı verdiyini də açıqlayıb: "Obamanın xahişinə cavab olaraq dedim ki, bu, Türkiyə üçün problem deyil. Hərbçilərimiz bir araya gəlsinlər, nə lazımdırsa, etsinlər".

Jurnalistin "İŞİD Raqqada çox güclüdür. Belə bir əməliyyat risk deyilmi?" sualını da cavablandıran prezident deyib: "Əsl risk İŞİD-in Raqqada güclənməsidir".

Ərdoğan hazırda Rusiya və ABŞ-la koordinasiya halında olduqlarını, Suriyanın şimalında tampon bölgəni necə qura biləcəkləri barədə üçtərəfli danışıqlar apardıqlarını bildirib.

Mövzu ilə bağlı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Ceff Davis də açıqlama verib. O, qeyd edib ki, İŞİD-in Suriyadan təmizlənməsi üçün müttəfiq türk ordusu ilə birlikdə əllərindən gələn hər şeyi edəcəklər.

Xəbər lenti
0