BAKI, 6 sent-Sputnik. Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatı çərçivəsində Rusiyadan yerüstü hərbi dəstək istəyib.
Sputnik-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
O, qeyd edib ki, Türkiyə və Rusiya arasında "Türk axını" layihəsinin tikintisi üzrə danışıqlar davam edir.