Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ramazanda spirtli içki içməyin cəzası nədir?

CC0 / StockSnap / vineSpirtli içki içən adam. Arxiv şəkli
Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlahiyyatçılar müqəddəs ayda alkoqol qəbul etməklə adi zamanlarda sərxoş olmağın dini baxımdan fərqlərini izah edirlər

BAKI, 20 iyun — Sputnik. İslam dininə görə içki içmək hər zaman üçün günahdır və bu əməl böyük günahlar arasında sayılır. Bəs Ramazanda necə? Spirtli içki qəbul etmək adi günlərdə içməkdən daha ağır günah hesab edilirmi? İçki vərdişi olan bir çox insanı məhz bu sual maraqlandırır.

Alkoqol - Sputnik Azərbaycan
Alkoqollu içkilərlə bağlı iki dövlət standartı təsdiq edilib

Bir çox insanların beynində sual yaranır: Ramazan ayında içməklə digər aylardan içməyin günah baxımından fərqi varmı, yoxsa ikisi də eyni ölçüdəmi qəbul olunur?

Tanınmış türkiyəli ilahiyyatçı Nihat Hatipoğlu özəl televiziya proqramında bu sualı cavablandırıb. İlahiyyatçının sözlərinə görə, Ramazan ayı günahlardan xilas olmaq üçün Allah tərəfindən insanlara göndərilən bir fürsətdir: "Və əgər bəndə bu ayı da şərab içərək, günahlar işləyərək keçirərsə, əvvəlki və sonrakı aylarla müqayisədə daha artıq günaha girmiş olur".

"İnsana sərxoşluq verən hər cür maddənin qadağan olunduğu, haram buyurulduğu "Quran-i Kərim"də açıq-aşkar qeyd olunub. Məhəmməd peyğəmbər (S.A.S.) də hədislərində azlığından və çoxluğundan asılı olmayaraq şərabın haram olduğunu bildirib. Allahdan bu əmr gələr-gəlməz bütün içki boxçaları boşaldılmış və müsəlmanlar içkidən imtina etmişlər", — ilahiyyatçı bildirib.

Ramazanda içmək məsələsinə gəlincə, Hatiboğlu deyib ki, bu ay müddətində də, əvvəl və sonra da şərab haramdır: "Ancaq Ramazan ayının özəl bir həssaslığı var. Hansı ki, Allah bu ayda bəndələrdən daha çox ibadət edib savablar qazanmasını istəyir. Yəni namazdan əlavə oruc tutmaq da əmr olunur. Məhz belə bir fürsət ayını şərab içərək, günahlar işləyərək keçirmək İslamda daha xoşagəlməz hesab olunur. Və bunun cəzası, əlbəttə, Allah qatında veriləcək".

Mövzu ilə bağlı türk ilahiyyatçı Suat Yıldırım da açıqlama verib. Onun sözlərinə görə, şərab Ramazan ayı müddətində də, digər aylarda da haramdır və Rəbbimiz bunu qadağan edib: "İçki Ramazan ayı müddətində də, digər aylarda da haramdır və Rəbbimiz bunu qadağan edib. Ancaq, Ramazan ayı müsəlmanlar üçün daha önəmlidir və bu ayda şərab içən şəxs çirkin bir davranış sərgiləmiş olur".

Xəbər lenti
0