"Azərbaycan yığmasının Rio-2016 Olimpiya oyunlarındakı nəticələri" mövzusunda keçirilən mətbuat-konfransında Çingiz Hüseynzadə idmançılarımızın Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarındakı nəticələrindən və dopinq qalmaqallarından bəhs edib.
MOK vitse-prezidenti Çingiz Hüseynzadə həmçinin qeyd edib ki, bu gün dünyada baş verən dopinq qalmaqalları həyəcanvericidir.
"İndiyə qədər başa düşmürəm ki, nə baş verir və bunu məhkəmə yolu ilə həll etmək lazımdır. İdmançılar, xüsusilə də paralimpiyaçılar siyasətçi deyillər və onlar bu mübahisələrdə iştirak etməməlidirlər." — deyə Ç.Hüseynzadə əlavə edib.