BAKI, 5 sent-Sputnik. Alim-ufoloqlar hesab edirlər ki, Proksima B planetindən gələnlər artıq əsrlərdir ki, Yer kürəsini birmənalı olaraq ziyarət edirlər. Bundan başqa, bir sıra tədqiqatçılar əmindirlər ki, yadplanetlilər təkcə bizim qonşularımız deyil, onlar hətta bizim aramızda yaşaya da bilərlər.
Qeyd edək ki, bir qədər əvvəl Cənubi Avropa rəsədxanasının üzvləri Proksima Tsentavrın orbitində Yerə bənzəyən planetləri tapdıqlarını bəyan ediblər. Xüsusilə Proksima B Yer planetindən olanların yaşaması üçün əlverişli şəraitə malikdir. Bu planetin Yerdən cəmi 4 işıq ili uzaqlıqda yerləşməsi onu bizim "yaxın qonşumuz" adlandırmağa imkan verir.
Sputnik informing-ə istinadən xəbər verir ki, ötən əsrin ortalarında alimlər ortaya belə söhbət atmışdılar ki, bizim planeti vaxtaşırı Proksima Tsentavrdan olan gəlmələr ziyarət edir. Bu hipotez ilk dəfə 1957-ci ildə hipnoz altında olan bir qadın tərəfindən səsləndirilmişdi. O qadın yadplanetli gördüyünü bildirmişdi.
Qadın, hətta yad planetlinin şəklini də təsvir etmişdi. Sən demə, bu yadplanetli öz zahiri görkəmi ilə uzun və iri qübbəli, 8 əlli nəhəng varlığı xatırladır. Humanoidlərdən biri öz "rəfiqəsi"nə deyib ki, onun irqindən olanların bir deyil, bir neçə ürəkləri olur. Onlar xəstələnmirlər və demək olar ki, 120 il yaşayırlar.
Qadının sözlərinə görə, məlumdur ki, yad planetlilərin iştirakı ilə Sfinks və mayyalıların piramidası inşa edilib. Onlar hətta 2-ci dünya müharibəsi vaxtı da Yer planetinə eniblər.