Amerikalılar yadplanetlilərin sirrini açdılar

© © İllüstrasiya Yadplanetli. İllüstrasiya
Yadplanetli. İllüstrasiya - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl yayılan informasiyaya görə, Rusiyaya məxsus RATAN-600 radioteleskopu HD164595 sistemindən siqnal qeydə alıb

BAKI, 31 avq — Sputnik. ABŞ alimləri bəyan ediblər ki, onlar potensial yadplanetli siqnallarının sirrini açmağa nail olublar. Bu siqnallar ötən il rusiyalı alimlər tərəfindən qeydə alınıb.

Dünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Yad planetdən gələn adam" ölüb

ArsTechnica nəşrinin yazdığına görə, bu siqnalın mənşəyinin izahını Texas Universitetinin astronomu Nik Suntsev tapıb. Suntsevin qeyd etdiyinə görə, siqnallar 2,7 santimetr uzunluqda dalğadan qeydə alınıb ki, bu da 11 gigahertsə yaxındır.

Onun fikrincə, bu tezlik hərbçilər tərəfindən istifadə edilə bilər. Buna görə o, SETİ-dən (Search for Extraterrestrial Intelligence) olan alimlərə məsləhət görür ki, bu variantı da araşdırsınlar.

Məhz SETI nümayəndələri ulduz sistemini diqqətlə öyrənmək arzularını bəyan etmişdilər. Ehtimala görə, onlar həmin sistemi məhz bu siqnallar vasitəsilə öyrənirdilər.

Xatırladaq ki, daha əvvəl yayılan informasiyaya görə, Rusiyaya məxsus RATAN-600 radioteleskopu HD164595 sistemindən siqnal qeydə alıb. Yüksək intensivlikli impulslar yalnız 1 dəfə qeydə alınıb. Alimlər nəticəsiz olaraq siqnalın təkrarlanmasını 1 ilə yaxın gözləyiblər. Bundan sonra astronomlara məlum olub ki, bu siqnal ola bilsin yadplanetli sivilizasiyadan göndərilib.

Xəbər lenti
0