BAKI, 2 sen — Sputnik. Dünya bazarları bu gün ABŞ-da açıqlanacaq, avqust ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisini gözləyir. Sputnik milliyet-ə istinadla xəbər verir ki, bu göstəricinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz artırma qərarları üzərində təsiri var və ona görə də bazarların diqqət mərkəzindədir. Məşğulluq statistikası bu gün Bakı vaxtı ilə saat 16.30-da açıqlanacaq.
Keçən həftə FED rəhbəri Canet Yellenin açıqlamaları ilə yüksələn faiz artımı gözləntiləri, dolların digər pul vahidləri qarşısında yüksəlişinə səbəb olmuşdu. Avqust ayı üçün ABŞ-da kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisinin 180 min artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, iyun və iyul aylarında müvafiq olaraq 255 min və 292 min yeni iş yeri açılıb. ABŞ-da avqust ayı üçün işsizlik səviyyəsi, ortalama saatlıq qazanclar və s. bazarlarda bu gün təqib ediləcək məlumatlar sırasındadır.