CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nə bir qapımı döyən var, nə halımı xəbər alan..."

© Sputnik / Ayaz YaşılyarpaqAlekseyevka kəndinin sakinləri
Alekseyevka kəndinin sakinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Veteran arvadı, qəhrəman ana biganəlikdən şikayətlənir: "Artıq bu evdə yatmağa da qorxuruq. Təzəsini tikməyə isə gücümüz yoxdur"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 1 sen — Sputnik. "Həyat yoldaşım Böyük Vətən Müharibəsi iştirakçısı olub. Övladlarımdan biri Əfqanıstan, ikisi Qarabağ müharibəsində iştirak edib. Bir oğlum hərbi xidmət zamanı tapdığı xəstəlikdən cavan yaşında dünyasını dəyişib. Amma nə bir qapımı döyən var, nə halımı xəbər alan".

Mariya Mixayılovna Lauşova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yüzlərlə azərbaycanlı uşağa ikinci ana olmuş rus qadın

Xaçmaz rayonunun Alekseyevka kəndində yaşayan Nargilə Bilal qızı Məmmədova söhbətə gileylə başlayır. Amma 84 yaşlı qarı elə də deyingən deyil, əksinə, olduqca gülərüz, təmkinlidir. Şirin diksiya, aramla danışır, hər kəlməbaşı Allaha şükür edir.

Onu ilk növbədə "Qəhrəman ana" kimi təqdim etmək doğru olar — 12 uşaq dünyaya gətirib. Amma işsiz xanımlar barədə deyilən kimi, "evdar qadın" da olmayıb — üst-üstə 40 ilədək sovxoz və kolxozlarda çalışıb. O qədər hadisələr, yerlər görüb ki, həyat hekayəsini danışarkən bəzən "baş yol"dan çıxıb "ara küçə"lərə, "dalan"lara burulur. Şirinli-acılı bütün xatirələri zəhmətli işlərdən və müharibələrdən keçir…

"… Ya sən hökumət işindən çıx, ya mən axundluqdan imtina edim"

Nargilə xanım 1932-ci ildə Quba rayonunun Hacıqaib kəndində anadan olub. Quba məscidinin axundu olan atası övladlarının yaxşı təhsil almasına çalışıb. Amma dövrün ab-havası gənc qıza təhsil və işlə bağlı müstəqil seçim etmə imkanı verməyib.

"Məktəbdə yaxşı oxuduğumdan, məni məhkəmədə işə götürmüşdülər. İşləyə-işləyə həm də təhsilimi davam etdirmək istəyirdim. Amma altı ay keçəndən sonra atam qarşıma şərt qoydu: ya sən hökumət işindən çıx, ya mən axundluqdan imtina edim", — deyir həmsöhbətimiz.

Evə qayıdan gənc qız başlayır barama yetişdirməyə. Elə ilk il uğurlu olur — dövlətə başqalarından dörd dəfə artıq məhsul verir: "Baramanın pulu ilə özümə cehizlik əşyalar aldım. Qubanın raykom katibi də mənə mükafat verdi".

Sovxozdan sovxoza…

Nargilə xanım deyir ki, gələcək həyat yoldaşı 1943-cü ildə orduya çağırılıbmış, müharibədən sonra dağılmış şəhərlərin bərpasında iştirak edib və bir də 1950-ci ildə evə buraxılıb. Bir il sonra onların toyu olur və 12 nömrəli sovxoza (indiki Zərdabi qəsəbəsinə) gəlin köçür. Ömrünün ən xoşbəxt günlərini məhz orada yaşadığını deyir.

© Sputnik / Ayaz YaşılyarpaqAlekseyevka kəndinin sakini Nargilə xanım Məmmədova.
Alekseyevka kəndinin sakini Nargilə xanım Məmmədova - Sputnik Azərbaycan
1/4
Alekseyevka kəndinin sakini Nargilə xanım Məmmədova.
© Sputnik / Ayaz YaşılyarpaqNariglə xanımın zəngin əmək fəaliyyəti dövlət tərəfindən həmişə qiymətləndirilib.
Nariglə xanımın zəngin əmək fəaliyyəti dövlət tərəfindən həmişə qiymətləndirilib - Sputnik Azərbaycan
2/4
Nariglə xanımın zəngin əmək fəaliyyəti dövlət tərəfindən həmişə qiymətləndirilib.
© Sputnik / Ayaz YaşılyarpaqMəmmədovlar ailəsinin evinin həyəti.
Məmmədovlar ailəsinin evinin həyəti - Sputnik Azərbaycan
3/4
Məmmədovlar ailəsinin evinin həyəti.
© Sputnik / Ayaz YaşılyarpaqAilənin yaşadığı ev 1964-cü ildə tikilib və hal-hazırda istismar müddətini keçib.
Ailənin yaşadığı ev 1964-cü ildə tikilib və hal-hazırda istismar müddətini keçib - Sputnik Azərbaycan
4/4
Ailənin yaşadığı ev 1964-cü ildə tikilib və hal-hazırda istismar müddətini keçib.
1/4
Alekseyevka kəndinin sakini Nargilə xanım Məmmədova.
2/4
Nariglə xanımın zəngin əmək fəaliyyəti dövlət tərəfindən həmişə qiymətləndirilib.
3/4
Məmmədovlar ailəsinin evinin həyəti.
4/4
Ailənin yaşadığı ev 1964-cü ildə tikilib və hal-hazırda istismar müddətini keçib.

1960-cı ildə onlar Xaçmazın Alekseyevka kəndinə köçürlər: "O vaxt sovxoz sədri işləyən Şabanov ərimlə bir yerdə həm orta məktəbdə oxumuşdu, həm də hərbi xidmətdə olmuşdu. O, bizi bura gətirdi".

Bir-birinin ardınca uşaqlar dünyaya gəlir. Amma qadın sovxoz-kolxoz işindən də qalmır: "Nəsibovun sədr olduğu dövrdə 2 hektar sahəni götürüb, soğan əkmişdim. Eyni vaxtda sovxozun yardımçı (heyvandarlıq) təsərrüfatında sağıcı da işləyirdim. O vaxt adamları bekar durmağa qoymurdular. Amma deyim ki, zəhməti qiymətləndirirdilər də. Mənə kolxoz sədrlərindən biri avtomobil vermək istəyirdi. Bilmirəm, necə oldusa alınmadı".

Yarpaq tökümü…

Həmişə deyirmişlər ki, təqaüdə çıxanda illərin yorğunu olan ayaqlarını uzadıb dincələcəklər. Amma müharibə və əmək veteranlarına şirin qocalıq yaşamaq qismət olmur.

Arabaçı Gülağa - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çörəyi "daşdan çıxan" adam və ya azərbaycanlı "Rembo"

Əfqanıstandan sağ qayıdan oğlu Rövşən Qarabağdakı qanlı döyüşlərə cəlb olunur. Az sonra digər oğlu Yusif də Minskdən geri qayıdıb Milli Ordunun sıralarında cəbhəyə yollanır. Sonuncu yaralanıb qayıdır və hələ də bədənində qəlpə daşıyır.

1995-ci ildə ömür-gün yoldaşının vəfatından sonra Nargilə xanım böyük oğlunu, 40 yaşında olan qızını da son mənzilə yola salıb. Hərbi xidmətdə olarkən xəstələnib vaxtından qabaq evə buraxılan sonbeşiyi — Alikin həyatını xilas etmək üçün qarı olmazın əzab-əziyyətlər çəkir: "Oğlum xəstəxanaya düşəndə nə qədər adamdan borc aldım, adına olan torpaq sahəsini, həyətimizdə saxladığımız inəklərin hamısını satdım. Hər gün ona qan köçürülürdü. Amma heç nə bu ölümün qarşısını ala bilmədi…".

"Niyə bizim adımız hökumətin dəftərində olmasın?!"

Nargilə xanım hazırda Alikin dul qalan arvadı, 2 azyaşlı uşağı ilə birgə qalır. Ailə onun 150 manatlıq pensiyası, valideynini itirmiş uşaqlara ödənilən müavinətlə dolanır. Yaşadıqları ev 1964-cü ildə tikilib.

Deyir daha bu evin də "sroku" keçib: "Artıq bu evdə yatmağa da qorxuruq. Təzəsini tikməyə isə gücüm yoxdur. Çarəsizik, kömək istəyirəm".

Əri və övladları müharibə, özü isə əmək veteranı olan 84 yaşlı qadına ən çox təsir edən biganəlikdir: "Mən özümçün heç nə istəmirəm. İndiyədək də heç bir yerə də müraciət etməmişəm. Amma niyə bizim adımız hökumətin dəftərində olmasın?!".

Xəbər lenti
0