CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəyi "daşdan çıxan" adam və ya azərbaycanlı "Rembo"

© Sputnik / Ayaz YashilyarpaqArabaçı Gülağa
Arabaçı Gülağa - Sputnik Azərbaycan
Abunə olmaq
25 ildən artıq müddətdə bu cür zəhmətli işdə çalışmaq bədənini "əriditsə" də, bircə əlləri şişməkdə, böyüməkdədir. Bu əllərdən hər gün tonlarla yük keçir.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Onun iş günü "obaşdanlıq"dan başlayır. Yuxudan oyanıb yuyunur, yeməyini yeyib yola çıxanda hava hələ qaranlıq olur. Beləcə səhəri bazarda əlində yük arabası ilə qarşılayır.

Köçkün qız. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tale onların üzünə heç gülmədi...

Əsil adı Gülağadır. Amma yaşadığı İmişli rayonunda əksər adamlar onu "Rembo" kimi tanıyırlar. Məşhur "Hollivud" ulduzu Silvester Stallonenin kino qəhrəmanı kimi döyüşkən olmasa da, qeyri-adi gücünə görə bu ləqəbi veriblər ona. Özü də düz 20 il əvvəl. Bu maraqlı insanı yaxından tanımaq üçün söhbətə elə uzaq onilliklərdən başlayaq.

Çörəyi daşdan çıxıb…

"Atam kolxozun fermasında naxırçı işləyib. Vaxtımın çox hissəsini onun yanında keçirirdim. Bura həm də ilk iş yerim olub. Kəndin cavanları ilə birgə ot biçir, onu sahələrdən daşıyıb fermanın həyətində nəhəng tayalar qururduq".

Gülağa Abbasov keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olarkən tikinti batalyonuna düşür. Burada da ağır fiziki əməklə məşğul olur. Yaşıdlarından fərqli olaraq o, xidmətdən evə qazancla, özünün dediyi kimi, "bir ətək pulla" qayıdır.

© Sputnik / Ayaz YashilyarpagOnun iş günü "obaşdanlıq"dan başlayır.
Onun iş günü obaşdanlıqdan başlayır - Sputnik Azərbaycan
1/7
Onun iş günü "obaşdanlıq"dan başlayır.
© Sputnik / Ayaz YashilyarpagƏksər adamlar onu "Rembo" kimi tanıyırlar.
Əksər adamlar onu Rembo kimi tanıyırlar - Sputnik Azərbaycan
2/7
Əksər adamlar onu "Rembo" kimi tanıyırlar.
© Sputnik / Ayaz Yashilyarpag"Mənə "Rembo" ləqəbini 50 kiloqramlıq sement kisəsinin ikisini birdən kürəyimdə daşıdığım vaxtlarda veriblər".
Mənə Rembo ləqəbini 50 kiloqramlıq sement kisəsinin ikisini birdən kürəyimdə daşıdığım vaxtlarda veriblər - Sputnik Azərbaycan
3/7
"Mənə "Rembo" ləqəbini 50 kiloqramlıq sement kisəsinin ikisini birdən kürəyimdə daşıdığım vaxtlarda veriblər".
© Sputnik / Ayaz YashilyarpagGülağa: "Əlimin üstü parça-parça olurdu. Vaqonun içərisindəki sement tozundan gözlərim qızarır, sinəm xışıldayırdı"
Gülağa: Əlimin üstü parça-parça olurdu. Vaqonun içərisindəki sement tozundan gözlərim qızarır, sinəm xışıldayırdı - Sputnik Azərbaycan
4/7
Gülağa: "Əlimin üstü parça-parça olurdu. Vaqonun içərisindəki sement tozundan gözlərim qızarır, sinəm xışıldayırdı"
© Sputnik / Ayaz YashilyarpagArabaçı: "İşin asanı yoxdur"
Arabaçı: İşin asanı yoxdur - Sputnik Azərbaycan
5/7
Arabaçı: "İşin asanı yoxdur"
© Sputnik / Ayaz YashilyarpagBazarda təmizlik işinə baxıram və buna görə 150 manat aylıq maaş alıram.
Bazarda təmizlik işinə baxıram və buna görə 150 manat aylıq maaş alıram - Sputnik Azərbaycan
6/7
Bazarda təmizlik işinə baxıram və buna görə 150 manat aylıq maaş alıram.
© Sputnik / Ayaz Yashilyarpagİndi onun evini respublika çempionatının, müxtəlif idman turnirlərinin qalibi olan Elvin Abbasovun təltif olunduğu medal və diplomlar bəzəyir.
İndi onun evini respublika çempionatının, müxtəlif idman turnirlərinin qalibi olan Elvin Abbasovun təltif olunduğu medal və diplomlar bəzəyir - Sputnik Azərbaycan
7/7
İndi onun evini respublika çempionatının, müxtəlif idman turnirlərinin qalibi olan Elvin Abbasovun təltif olunduğu medal və diplomlar bəzəyir.
1/7
Onun iş günü "obaşdanlıq"dan başlayır.
2/7
Əksər adamlar onu "Rembo" kimi tanıyırlar.
3/7
"Mənə "Rembo" ləqəbini 50 kiloqramlıq sement kisəsinin ikisini birdən kürəyimdə daşıdığım vaxtlarda veriblər".
4/7
Gülağa: "Əlimin üstü parça-parça olurdu. Vaqonun içərisindəki sement tozundan gözlərim qızarır, sinəm xışıldayırdı"
5/7
Arabaçı: "İşin asanı yoxdur"
6/7
Bazarda təmizlik işinə baxıram və buna görə 150 manat aylıq maaş alıram.
7/7
İndi onun evini respublika çempionatının, müxtəlif idman turnirlərinin qalibi olan Elvin Abbasovun təltif olunduğu medal və diplomlar bəzəyir.

Əsgərlikdən sonra pəhləvan kimi güclü gənc oğlan üçün kolxoz işi o qədər də cəlbedici deyildi. İlin müəyyən dövründə məcburi boşdayanma yaranırdı. Əmək gününə düşən pul onu qane etmirdi.

22 yaşında ailə quran gəncin qayğıları da artmışdı. Bu illərdə yaşıdlarının bəziləri çörək dalınca baş götürüb Rusiyaya gedirdi. Amma Gülağa öz gücünə güvənərək, elə yaşadığı yerdə, sözün həqiqi mənasında, daşdan pul çıxarmağı bacardı.

"Əvvəl dəmir yolu ilə İmişli stansiyasına gələn vaqonlardan daş, sement boşaltmağa başladım. Vaqonların xətti məşğul etdiyi hər saata görə pul ödənilirdi deyə, yük sahibləri onların tez boşaldılmasında maraqlı idi. Buna görə fasiləsiz işləyirdik. Bir dəfəyə 3-4, bəzən 10-dan çox vaqondakı yükü boşaltmışıq. Mənə "Rembo" ləqəbini 50 kiloqramlıq sement kisəsinin ikisini birdən kürəyimdə daşıdığım vaxtlarda veriblər".

Amma "Rembo" tikinti materialları boşaldılması işində çox duruş gətirə bilmir. Dediyinə görə, işin ağırlığına görə yox, səhhətinə zərər dəyəcəyindən ehtiyatlanaraq buradan uzaqlaşıb: "Əlimin üstü parça-parça olurdu. Vaqonun içərisindəki sement tozundan gözlərim qızarır, sinəm xışıldayırdı. Çiynimdən düşürtdüyüm kisələr sürtüldüyündən boynum yara olmuşdu".

"Unun qazancı çox bərəkətli idi"

1993-95-ci illərində ölkədə taxıl məhsullarının və unun qıtlığı olanda Gülağanın ailəsi çörək sarıdan korluq çəkməyib. Həmin vaxtlarda o, böyük həcmdə tutuma malik yük avtomobillərindən un kisələrini boşaltmaqla məşğul olub.

"İşin asanı yoxdur. Amma unu hamısından rahat və qazancını bərəkətli bilmişəm. O vaxtlar rayona daha çox "ərəb unu" gəlirdi. İnanın, bir "Kamaz"ı təkbaşıma boşaldırdım. Bir günlük əməyimə ən azı bir kisə un düşürdü".

Gülağa deyir ki, günlərlə evə gəlmədiyindən ailə üzvləri onu axtarıb yük boşaltdığı məntəqələrdə tapırlarmış. Ya da sorağını alırlarmış ki, Gədəbəyə kartof, Qubaya meyvə yığmaq üçün aparılıb.

Bu iş ona ölkənin bir çox bölgələrini görmək imkanı qazandırıb. Açıq havada hər cür iqlim şəraitində işləyib — qızmar istidə, sərt şaxtada, qarlı, yağışlı, küləkli havada…

25 ildən artıq müddətdə bu cür zəhmətli işdə çalışmaq bədənini "əriditsə" də, bircə əlləri şişməkdə, böyüməkdədir. Bu əllərdən hər gün tonlarla yük keçir.

Onun arabası var…

Əli zədələnən vaxtlarda bir müddət işsiz qalır. Yaxınları məsləhət görürlər ki, bir əl arabası alıb yükü onunla daşısın. Qəhrəmanımız deyir ki, araba ilə yük daşımaq gördüyü işlərin ən yüngülüdür.

Rəssam Davud Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu yükü kimsə daşıya bilməzdi...

"Bazarda təmizlik işinə baxıram və buna görə 150 manat aylıq maaş alıram. Hər gün 10-15 manat da "gündəliy"im olur. Əvvəllər bazara gətirilən meyvə-tərəvəz maşınlarındakı məhsulun hamısı yerli alverçilər tərəfindən alınırdı. İndi malın çoxu elə maşından satılır deyə araba ilə yükdaşımaya az ehtiyac olur".

Yük daşıyan arabaçılara elə də çox haqq verilmir. Zəhmət haqqını hələ də köhnə pullarla hesablayır: "İki, üç, ən çoxu beş "məmməd" təklif edirlər. Bir neçə reysə görə "şirvan" verən olur. Arabaçı çoxdur deyə bu qiymətə etiraz edə bilmirəm. Həm də daimi müştəriləri əldə saxlamaq lazımdır. İndi bazardakı alverçilər də qəpik-quruşa işləyirlər".

Nəvələrindən tez yatır

Gülağa Abbasov ailəcanlıdır. Hər gün işdən evə, ailəsinin üstə qayıdanda tapşırılan gündəlik təlabat mallarından savayı nəsə yeni bir şey alır.

Əlinin zəhməti ilə quru yurdda böyük ev tikib, çardaq quraşdırıb, bağ salıb. Oğlunun yeniyetmə yaşlarında karate ilə məşğul olması üçün hər cür şərait yaradıb, uğurlarına sevinib.

İndi onun evini respublika çempionatının, müxtəlif idman turnirlərinin qalibi olan Elvin Abbasovun təltif olunduğu medal və diplomlar bəzəyir. İşdən yorğun-arğın qayıtmasına baxmayaraq nəvələri Toğrul və Rəfiqə ilə oynamaqdan, zarafatlaşmaqdan qalmır. Amma 2 və 4 yaşlı uşaqlardan da tez yuxu aparır onu…

Xəbər lenti
0