BAKI, 1 sen — Sputnik. Sentyabr ayının 1-də daha 5 bank dollar satışını dayandırıb. Söhbət "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Yapı Kredi Bank (Azərbaycan)", "Zıraat Bank (Azərbaycan)" və "Günaybank"dan gedir.
"Günaybank", "Zıraat Bank (Azərbaycan)" və "Rabitəbank" avqustun 31-də satışlara 200 dollara kimi, "Kapital Bank" 100 dollara kimi limit qoymuşdu. "PAŞA Bank" isə yalnız müştərilərinə 5000 dollar limitlə satış həyata keçirirdi.
"Zıraat Bank (Azərbaycan)"dan isə bildirilib ki, səhər saatlarında 200 dollar limitlə satış həyata keçirilib. Günorta saatlarında isə kassalarda dollar bitdiyindən satış dayandırılıb. Bank avro satışını isə davam etdirir. Bir nəfər üçün limit 200 avrodur.
Banklardan fins.az-a verilən məlumata görə, dollar satışı alışa uyğun olaraq aparılır. Kassada dollar olmadığı üçün satış da dayandırılıb. Bununla da ölkədə dollar satışını dayandıran bankların sayı 23-ə çatıb.