BAKI, 1 sen — Sputnik. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 28 banka satılıb. Bu barədə Fonddan Sputnik-ə məlumat veriblər.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.