Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu meyvə sizi sərxoş olmağa qoymayacaq

© drwillardVitamin C
Vitamin C - Sputnik Azərbaycan
Abunə olmaq
İçkidən öncə armud yedikdə spirtli içkinin mənfi təsiri 16-21 faizə qədər azalır.

BAKI, 27 fev – Sputnik. Asiya armudu spirtli içkinin əks-təsirini aradan qaldırır.

Avstraliyada aparılan araşdırmalar bu meyvənin özəlliyini ortaya çıxarıb. 

Sputnik azadqadin.az-a istinadən məlumat verir ki, içkidən öncə armud yedikdə spirtli içkinin mənfi təsiri 16-21 faizə qədər azalır.

Alimlər araşdırmada iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupdakılar öncə 220 ml. armud suyu, daha sonra 540 ml. spirtli içki içiblər.

İkinci qrup isə birbaşa spirtli içki içib. 12 saat sonrakı nəticələr armudun fərqini ortaya qoyub. Belə ki, içkidən öncə armud şirəsi içənlərdə baş ağrısı, ürək bulanma, işığa həssaslıq digər qrupla müqayisədə daha az müşahidə edilib. Araşdırmanı aparan professorlar bu xüsusiyyətin sadəcə, Asiya armudunda olduğunu, digər armud növləri üzərində də araşdırmalar aparacaqlarını açıqlayıblar.

Xəbər lenti
0