Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Paralimpiyaçılarımız bizim uğurlarımızı təkrarlayacaqlar"

© REUTERS / Peter CziborraRadik İsayev
Radik İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
Radik İsayev: "Onlarla qələbələrlə ger dönəcəklərinə ümid edirəm"

BAKI, 31 avq — Sputnik. Azərbaycan paralimpiya komandası Rio-de-Janeyro şəhərində keçiriləcək Rio-2016 Paralimpiya yarışlarında iştirak etmək üçün hazırlaşır. 7 — 18 sentyabrda keçiriləcək XXXI Yay Paralimpiya Oyunlarında 27 idmançımız mübarizə aparacaq.

Bir neçə gün öncə bitən Rio-2016 Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medal qazandıran taekvandoçu Radik İsayev Sputnik-ə açıqlamasında paralimpiya komandasına uğur arzulayıb: "Necə ki biz Olimpiya Oyunlarında uğurlu çıxış etdik və komanda olaraq yaxşı nəticələrlə geri döndük, inanıram ki, paralimpiyaçılarımız da, ən azından bizim uğuru təkrarlayacaq və qələbələrlə geri dönəcəklər. Hər bir idmançıya uğur arzulayıram".

Xəbər lenti
0