BAKI, 31 avq — Sputnik. "Almaniya və digər Avropa İttifaqı ölkələri öz sərhədləri xaricindəki qaçqın böhranına göz yumub". Sputnik Express-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel "Sueddeutsche Zeitung" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, miqrasiya böhranını araşdırmaq üçün Almaniya və AB-yə səbir və dözüm lazımdır: "Bizim gördüyümüz, amma üzərində çalışmadığımız siyasi məsələlər var. Almaniyada uzun müddət bu problemə məhəl qoymadıq və məsələnin ümumavropa həllinin tapılmasını blokladıq".
Kansler bildirib ki, Yaxın Şərq və Asiya sərhədlərindən 1 milyondan artıq qaçqın qəbul edən Almaniya İspaniya və digər Avropa İttifaqı ölkələrindəki böhranı həmin dövlətlərin öhdəsinə buraxıb: "Beləliklə, biz qaçqınların proporsional bölgüsünü rədd etdik".
"Almaniya Avropa sərhəd agentliyi "Fronteks" modelini dəstəkləməyib. Qaçqın problemi uzunmüddətli olacaq. Biz problemə lazımi qaydada yanaşmadıq", — deyə Merkel etiraf edib.