CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buradakı insanların ən kiçiyinin 113 yaşı var

Abunə olmaq
Azərbaycanda fəaliyyət göstərən uzunömürlülər muzeyinin analoqu yoxdur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 avq — Sputnik. İnsanlar hər zaman çox yaşamaq arzusunda olublar və tarixən buna nail olunması istiqamətində saysız-hesabsız cəhdlər edilib. Alimlər də zaman-zaman uzunömürlülüyün sirri üzərində baş sındırıblar.

Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki qədim kilsə - Sputnik Azərbaycan
FOTO
"Azad gəlmələr"in 138 illik yadigarı

Bu istiqamətdə gəlinən ən mühüm qənaət genetik kodlarla əlaqəlidir. Belə ki, alimlər 100 il və daha artıq yaşayan insanların genlərinin qocalmadan güclü müdafiə sisteminə malik olduğunun şahidi olublar.

Bununla belə, bəzi yaşlıların genlərində xəstə hüseyrələr də aşkarlanıb. Amma genlərdə olan özünümüdafiə sistemi o qədər güclüdür ki, hətta zərərli hüceyrləri dirçəlməyə imkan vermir.

Şərq təbiblərinin və müdriklərinin isə uzunömürlülüklə bağlı mühakimələrinin, sağlamlığa fərdi yanaşmalarının, təbii vasitələrdən istifadə etmələrinin, Şərq xalq təbabətinin möcüzələrinin bir çoxu bizə də məlumdur. Bütün bunlarla yanaşı, Şərq təbabəti uzunömürlü olmaq üçün bir sıra qaydalara riayət etməyi tövsiyə edir. Belə baxdıqda bu qaydalar çox sadə, insandan xüsusi iradə, vaxt və vəsait tələb etməyən qaydalardır.

Amma bu sadəliyin arxasında uzun və sağlam bir ömür dayanır. Sadəcə tənbəlliyi atıb bu tövsiyələrə əməl etmək lazımdır. Lakin bəzi insanların uzun ömürlü olmasına onların yaşadıqları mühit və ya məkan da təsir edir.

Azərbaycanda ən çox uzunömürlü insanlar sırasında Lerik rayon sakinləri xüsusi yer tutur. Dağlıq olan bu rayonda yaşayan uzunömürlülərin sayı digər bölgələrə nisbətən daha çoxdur. Elə bu səbəbdəndir ki, Azərbaycanda yalnız Lerikdə Uzunömürülülər muzeyi mövcuddur.

Sözügedən muzey haqqında şifahi məlumatım vardı. Uzunömürlülər muzeyi Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun mərkəzində yerləşir. Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir.

2010-cu ildə prezident İlham Əliyevin iştirakı ilə, muzeyin hazırda fəaliyyət göstərdiyi binanın açılışı olub. Muzeyin direktoru Dilarə Fətullayeva Sputnik əməkdaşlı ilə söhbətində bildirdi ki, hazırda muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.

"Muzeyimiz dünya üzrə yeganə muzeydir. Səbəb də odur ki, rayonumuzda uzunömürlülər digər rayonlardan çoxdur və bu muzeydə uzunömürlülərin şəxsi əşyaları və onların fotoları var. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. Dədə-babalarımıza aid etnoqrafik materiallar — geyimləri, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır".

Dilarə xanım muzeyə çoxlu sayda xarici qonaqların gəldiyini də qeyd edib: "Bizim muzeyə maraq həddən artıq böyükdür. Xarici ölkələrdən qonaqlarımız çox olur. Muzeyimizdə İordaniyanın, İsrailin, Belçikanın və Fransanın səfirləri qonaq olublar. Bunlardan başqa, Rusiya, Türkiyə, Ukrayna və Almaniyadan gələnlər də olub".

"Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur. Belə ki, rayon ərazisində dincəlməyə gələn turistlər muzeyimizə də baş çəkirlər. Stendlərdə gördüyünüz şəkillər muzeyimizə fransalı fotoqraf Frederik Laşop tərəfindən hədiyyə edilib. 2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub", — direktor vurğulayıb.

Onun sözlərinə görə, qonaqlar arasında ölkəmizin digər bölgələrindən gələn məktəblilər üstünlük təşkil edirlər: "Bundan əlavə, "Ölkəmizi tanıyaq" adlı layihədə iştirak edən, Azərbaycanın digər rayon və şəhərlərindən olan məktəblilər də Lerikə təşkil olunan ekskursiya vaxtı muzeydə olublar".

Qeyd edək ki, hazırda rayonda yaşayan, özünün dediyinə əsasən, 116 yaşı olan Söhbət Fərzəliyev də daim muzeyə baş çəkir. Bundan əlavə, muzeydə olduğumuz zaman Almaniyanın Dortmund vilayətindən olan, 20 nəfərlik məktəbli qrupun da muzeyi ziyarətə gəldiyinin şahidi olduq.

© Sputnik / Rahim ZakiroğluLerik rayonu Azərbaycanda həmişə uzunömürlülər diyarı kimi tanınıb.
Lerik rayonu Azərbaycanda həmişə uzunömürlülər diyarı kimi tanınıb - Sputnik Azərbaycan
1/22
Lerik rayonu Azərbaycanda həmişə uzunömürlülər diyarı kimi tanınıb.
© Sputnik / Rahim ZakiroğluBu dağlıq rayonunun havası, suyu, təbiəti insanı uzun illər sağlam və gümrah saxlayan səbəblərdən sadəcə bir neçəsidir.
Bu dağlıq rayonunun havası, suyu, təbiəti insanı uzun illər sağlam və gümrah saxlayan səbəblərdən sadəcə bir neçəsidir - Sputnik Azərbaycan
2/22
Bu dağlıq rayonunun havası, suyu, təbiəti insanı uzun illər sağlam və gümrah saxlayan səbəblərdən sadəcə bir neçəsidir.
© Sputnik / Rahim ZakiroğluLerikdəki Uzunömürülülər muzeyi Azərbaycanda yeganə belə mədəniyyət ocağıdır.
Lerikdəki Uzunömürülülər muzeyi Azərbaycanda yeganə belə mədəniyyət ocağıdır - Sputnik Azərbaycan
3/22
Lerikdəki Uzunömürülülər muzeyi Azərbaycanda yeganə belə mədəniyyət ocağıdır.
© Sputnik / Rahim ZakiroğluLerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir.
Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir - Sputnik Azərbaycan
4/22
Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir.
© Sputnik / Rahim ZakiroğluMuzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.
Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var - Sputnik Azərbaycan
5/22
Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.
© Sputnik / Rahim ZakiroğluMuzeyin direktoru Dilarə xanım Fətullayeva.
Muzeyin direktoru Dilarə xanım Fətullayeva - Sputnik Azərbaycan
6/22
Muzeyin direktoru Dilarə xanım Fətullayeva.
© Sputnik / Rahim ZakiroğluŞirəli Müslümov 168 illik ömrünün 150 illini çobanlıq etmişdi.
Şirəli Müslümov 168 illik ömrünün 150 illini çobanlıq etmişdi - Sputnik Azərbaycan
7/22
Şirəli Müslümov 168 illik ömrünün 150 illini çobanlıq etmişdi.
© Sputnik / Rahim Zakiroğlu101 il ömür sürmüş Fazil Rzayev.
101 il ömür sürmüş Fazil Rzayev - Sputnik Azərbaycan
8/22
101 il ömür sürmüş Fazil Rzayev.
© Sputnik / Rahim ZakiroğluÜç əsrin şahidi Rza Hüseynov.
Üç əsrin şahidi Rza Hüseynov - Sputnik Azərbaycan
9/22
Üç əsrin şahidi Rza Hüseynov.
© Sputnik / Rahim ZakiroğluMuzeydəki qədim məişət əşyaları.
Muzeydəki qədim məişət əşyaları - Sputnik Azərbaycan
10/22
Muzeydəki qədim məişət əşyaları.
© Sputnik / Rahim ZakiroğluUzunömürlülüyün və sağlamlıq ən əsas səbəblərindən biri də təbii otlar və bitkilərdir.
Uzunömürlülüyün və sağlamlıq ən əsas səbəblərindən biri də təbii otlar və bitkilərdir - Sputnik Azərbaycan
11/22
Uzunömürlülüyün və sağlamlıq ən əsas səbəblərindən biri də təbii otlar və bitkilərdir.
© Sputnik / Rahim ZakiroğluXatirə əşyaları və məktublar.
Xatirə əşyaları və məktublar - Sputnik Azərbaycan
12/22
Xatirə əşyaları və məktublar.
© Sputnik / Rahim ZakiroğluKitab guşəsi.
Kitab guşəsi - Sputnik Azərbaycan
13/22
Kitab guşəsi.
© Sputnik / Rahim ZakiroğluƏcnəbilərin də muzeyə marağı böyükdür.
Əcnəbilərin də muzeyə marağı böyükdür - Sputnik Azərbaycan
14/22
Əcnəbilərin də muzeyə marağı böyükdür.
© Sputnik / Rahim ZakiroğluAlmaniyalı tələbələr Lerik Rayon Uzunömürlülər Muzeyində.
Almaniyalı tələbələr Lerik Rayon Uzunömürlülər Muzeyində - Sputnik Azərbaycan
15/22
Almaniyalı tələbələr Lerik Rayon Uzunömürlülər Muzeyində.
© Sputnik / Rahim ZakiroğluƏcnəbi tələbələr 116 yaşlı Söhbət Fərzəliyevlə.
Əcnəbi tələbələr Söhbət Fərzəliyevlə - Sputnik Azərbaycan
16/22
Əcnəbi tələbələr 116 yaşlı Söhbət Fərzəliyevlə.
© Sputnik / Rahim ZakiroğluSöhbət kişinin öz sözlərinə görə yaşı 116-nı ötüb.
Söhbət kişinin öz sözlərinə görə yaşı 116-nı ötüb - Sputnik Azərbaycan
17/22
Söhbət kişinin öz sözlərinə görə yaşı 116-nı ötüb.
© Sputnik / Rahim ZakiroğluMuzeyin eksponatları alman tələbələrdə böyük marağa səbəb oldu.
Muzeyin eksponatları alman tələbələrdə böyük marağa səbəb oldu - Sputnik Azərbaycan
18/22
Muzeyin eksponatları alman tələbələrdə böyük marağa səbəb oldu.
© Sputnik / Rahim ZakiroğluYay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur.
Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur - Sputnik Azərbaycan
19/22
Yay aylarında muzeyə gələn qonaqların sayı daha çox olur.
© Sputnik / Rahim ZakiroğluLerikə dincəlməyə gələn turistlər muzeyə mütləq baş çəkirlər.
Lerikə dincəlməyə gələn turistlər muzeyə mütləq baş çəkirlər - Sputnik Azərbaycan
20/22
Lerikə dincəlməyə gələn turistlər muzeyə mütləq baş çəkirlər.
© Sputnik / Rahim Zakiroğlu2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub.
2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub - Sputnik Azərbaycan
21/22
2015-ci ildə muzeyə gələn qonaqların sayı 4 minə yaxın olub.
© Sputnik / Rahim ZakiroğluAlmaniyanın Dortmund vilayətindən olan 20 nəfərlik məktəbli qrup.
Almaniyanın Dortmund vilayətindən olan 20 nəfərlik məktəbli qrup - Sputnik Azərbaycan
22/22
Almaniyanın Dortmund vilayətindən olan 20 nəfərlik məktəbli qrup.
Xəbər lenti
0